Talış dağlıq zonasında 5.2 maqnitudalı zəlzələ baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən Lənkəran ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 6 bala yaxın, ətraf rayonlarda 5-3 bala qədər hiss olunub.
Məlumata görə, zəlzələ yerli vaxtla 17:23 radələrində qeydə alınıb, yeraltı təkanlar 18km dərinlikdə hiss olunub.

Bizim.Media