Cəlilabada zəncirvari qəza olub.
Bizim.Media xəbər verir ki, hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb.
Cəlilabad rayon sakini Həsən Əsgərli idarə etdiyi "Nissan QASHQAİ" markalı avtomobillə hərəkətdə olarkən, yol kənarında hərəkətsiz halda dayanan iki minik maşınına çırpılıb və aşıb. Qəza zamanı sürücü xəsarət almasa da, avtomobillərə ciddi ziyan dəyib. Hadisə şahidlərinin sözlərinə görə qəzaya Həsən Əsgərilinin idarə etdiyi avtomobilin qarşısna piyadanın çıxaması səbəb olub.
Sabutay, Bizim Media, Cənub bürosu