Bakıda və Abşeron yarımadasında mayın 12-si günün ikinci yarısından 13-ü gündüzədək şimal-qərb küləyinin 15-18 m/s, yarımadanın bəzi yerlərində arabir 20-23 m/s-dək güclənəcəyi gözlənilir.
Bu barədə Bizim.Media-ya Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Qeyd edilib ki, mayın 12-si axşamdan 13-dək arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var.
Bizim.Media