Xaçmazda yol qəzasında sürücü xəsarət alıb.
Bizim.Media xəbər verir ki, hadisə Gəndab-Yalama yolunun rayondan keçən hissəsində qeydə alınıb.
Yeni həyat qəsəbə sakini, 35 yaşlı Məhəmməd Lomidze idarə etdiyi "Hyundai Sonata"markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib.
Nəticədə maşının ağaca çırpılması nəticəsində sürücü xəsarət alıb və rayon mərkəzi xəstəxanasına çatdırılıb. Qəzanın səbəbləri araşdırılır.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu