Lənkəranın Liman şəhəri ərazisində evlərdən birindən 8000 ABŞ dolları və 930000 rus rublu ogurlanıb.
Bizim.Media xəbər verir ki, Lənkəran Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyatla cinayətdə şübhəli bilinən Rahim Əkbərov, Elşən Mirzəzadə Bakı şəhərində və Rövşən Nuruşov Saatlıda saxlanılıblar.
Araşdırma zamanı məlum olub ki, dəstənin digər üzvlərinə həmin evdə külli miqdarda pulun olması barədə məlumatı zərərçəkənin qohumu R.Əkbərov verib.
Sabutay, Bizim.Media, Cənub bürosu