Dövlət Komitəsi daha bir Beynəlxalq mükafata layiq görüldü – FOTO  

Türkiyənin İzmir şəhərində keçirilən, türk dünyasının ortaq dəyərlərini və mədəni əlaqələrini əks etdirən "Qızıl alma" Beynəlxalq Turan Film Festivalı başa çatıb. 

Bizim.Media xəbər verir ki, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, Film Baş İdarəsi və Dövlət Arxivləri Baş İdarəsinin dəstəyi ilə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) və Ege Universiteti tərəfindən ilk dəfə təşkil olunan festivalda Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planı”nın icrası çərçivəsində iştirak edib. 

Festival iştirakçılarına bir daha çatdırılıb ki, Azərbaycanda qaçqınların və məcburi köçkünlərin problemlərinin həllini Prezident İlham Əliyev daim diqqətdə saxlayır, bununla bağlı məsələlər dövlət siyasətinin prioritetləri sırasındadır.

Məcburi köçkün həmvətənlərimizə qayğı, onların müraciətlərinə operativ baxılması və həll edilməsi Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da fəaliyyətində əsas istiqamətlərdəndir. 

Dövlət Komitəsinin Azərbaycanda məcburi köçkünlərin həyatı və yaşayış şəraiti, işğaldan azad edilmiş ərazilər və həmin ərazilərdə aparılan bərpa-quruculuq işləri, doğma torpaqlara Böyük Qayıdış və  türkdilli ölkələrin bu prosesə dəstəyi mövzusunda hazırladığı müxtəlif fotoşəkillər “Səssiz şahidlər: türk boylarına səyahət” adlı festivalın ilk günün təşkil edilən sərgidə nümayiş olunub. 

Qarabağdan olan məcburi köçkünlər haqqında həqiqətlərin dünyaya çatdırılmasında fəal iştirakı əsas götürülərək Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müşaviri Nəsimi Nərimanov festivalın  “İnsan haqlarına töhfə” mükafatına layiq görülüb.

Müxtəlif nominasiyalarda mükafata layiq görülənlər arasında Türkiyə Prezidentinin  baş müşavirləri Fecir Alptekin və Ahmet Canbaz, Türkiyə Dövlət Arxivləri başqanı Prof. Dr. Uğur Ünal, Milli Saraylar Başqanlığının müdiri Dr. Yasin Yıldız, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Kino idarəsinin rəisi Birol Geven və başqa yüksək vəzifəli şəxslər də vardır.
Xatırladaq ki, film festivalında iştirak üçün, ümumilikdə, 77 ölkədən 1055 müraciət daxil olub. Yekun mərhələdə Türkiyədən 158, Azərbaycandan 47, Qırğızıstandan 31, Qazaxıstandan 21, Özbəkistandan 15 və Türkmənistandan 10 film rəqabət aparıb. 








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Prezident: “Azərbaycanın sabit, uğurlu inkişafı var”

Prezident: “Azərbaycanın sabit, uğurlu inkişafı var”

Məktəbli təsadüfən Vikinqlər dövrünə aid 1300 illik qılınc tapdı – FOTO

Məktəbli təsadüfən Vikinqlər dövrünə aid 1300 illik qılınc tapdı – FOTO

Qadının üzərinə benzin töküb yandıran sevgilisi ilə bağlı QƏRAR

Qadının üzərinə benzin töküb yandıran sevgilisi ilə bağlı QƏRAR

Tramp: "Ukrayna Rusiya ilə müharibədə yaxşı mübarizə aparır" - VİDEO

Tramp: "Ukrayna Rusiya ilə müharibədə yaxşı mübarizə aparır" - VİDEO

Bakıda Neft Emalı Zavodunda yanğın oldu

Bakıda Neft Emalı Zavodunda yanğın oldu

Yola gedilməsi ən çətin olan 5 bürcün kişisi

Yola gedilməsi ən çətin olan 5 bürcün kişisi

Qəza siqnalı verən Rusiyanın sərnişin təyyarəsi tapıldı - VİDEO

Qəza siqnalı verən Rusiyanın sərnişin təyyarəsi tapıldı - VİDEO

İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun illik toplantısında – CANLI

İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun illik toplantısında – CANLI

Dünya Çempionatı: Gecə baş tutan oyunların nəticələri

Dünya Çempionatı: Gecə baş tutan oyunların nəticələri

Zelenski G7 sammitində Tramp və Makronla mühüm görüş keçirdi - VİDEO

Zelenski G7 sammitində Tramp və Makronla mühüm görüş keçirdi - VİDEO

“Son iki ildir qızımın tərbiyəsinə ciddi qarışmırdım” – FOTO

“Son iki ildir qızımın tərbiyəsinə ciddi qarışmırdım” – FOTO

Tarixin ən ölümcül epidemiyası başlaya bilər - Xəbərdarlıq

Tarixin ən ölümcül epidemiyası başlaya bilər - Xəbərdarlıq

Moskvaya kütləvi PUA hücumu: Neft emalı zavodunda partlayış – VİDEO

Moskvaya kütləvi PUA hücumu: Neft emalı zavodunda partlayış – VİDEO

"Mirkamilə görə məni qınayırlar"

"Mirkamilə görə məni qınayırlar"

Yerdən 217 işıq ili uzaqlıqda "qaynayan" planet tapıldı

Yerdən 217 işıq ili uzaqlıqda "qaynayan" planet tapıldı

Nağılbazlar, yoxsa gəlmə ərəblər: Masallının əsasını kimlər qoyub? – TOPONİMLƏR

Nağılbazlar, yoxsa gəlmə ərəblər: Masallının əsasını kimlər qoyub? – TOPONİMLƏR

Pezeşkian tarixi sənədi belə imzaladı – FOTO

Pezeşkian tarixi sənədi belə imzaladı – FOTO

Rusiyanın bu hava limanı da uçuşları dayandırdı – SAYI 7 OLDU

Rusiyanın bu hava limanı da uçuşları dayandırdı – SAYI 7 OLDU

Şahbaz Şərif: Hörmüz boğazı açılır, dəniz blokadası ləğv edilir

Şahbaz Şərif: Hörmüz boğazı açılır, dəniz blokadası ləğv edilir

ABŞ və İran arasında Anlaşma Memorandumu imzalandı – VİDEO

ABŞ və İran arasında Anlaşma Memorandumu imzalandı – VİDEO

Şəhər əfsanəsi yoxsa tarixi ənənə: Kvas çəlləklərinə həqiqətən diri qurbağalar atılırdı?

Şəhər əfsanəsi yoxsa tarixi ənənə: Kvas çəlləklərinə həqiqətən diri qurbağalar atılırdı?

Zəhranın öldüyü qəzada sürücünü HANSI CƏZA gözləyir?

Zəhranın öldüyü qəzada sürücünü HANSI CƏZA gözləyir?

Sürücüsüz idarə olunan avtomobillər üçün yeni qaydalar hazırlanır - VİDEO

Sürücüsüz idarə olunan avtomobillər üçün yeni qaydalar hazırlanır - VİDEO

End of content

No more pages to load

RADİO