Bu tarixdə buraxılış imtahanı KEÇİRİLƏCƏK 

Dövlət İmtahan Mərkəzi tərəfindən 21 aprel 2024-cü il tarixində ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçiriləcək. 

DİM-dən Bizim.Media-ya verilən xəbərə görə, aprelin 21-də Bakı şəhərinin Xəzər, (II zona), Nizami və Pirallahı rayonlarında, Naxçıvan MR, Sumqayıt (II zona), Naftalan, Abşeron (II zona), Göygöl, Goranboy, Şəmkir (II zona), Gədəbəy, Qax, Balakən, Zaqatala, Cəlilabad (II zona), Masallı (II zona), Lerik, Bərdə, Tərtər, Yevlax, Göyçay, Ağdaş, Qobustan, Saatlı, Salyan, Xaçmaz (II zona) və Quba (II zona) rayonlarında, həmçinin tədrisi ingilis, fransız və gürcü dillərində aparılan ümumtəhsil müəssisələrinin, Bakı şəhərinin xüsusi ümumtəhsil müəssisələrinin (internat məktəbləri, Çilov adasında yerləşən məktəb, cəzaçəkmə müəssisələrində yerləşən məktəblər) məzunları üçün Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçiriləcək. 

Çilov adasında yerləşən məktəbə imtahan rəhbəri və materialların daşınması Azneft İstehsalat Birliyinin helikopteri vasitəsilə həyata keçiriləcək. 

İmtahan saat 11:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. 
İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur. 

Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər: 

-İmtahana buraxılış vərəqəsi; 

- Şəxsiyyəti təsdiq edən sənədin əsli: 

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini; 

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini; 

-Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir). 

Şəxsiyyəti təsdiq edən sənədində şəkli olmayan şagirdlər buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı DİM-in saytından yükləyə bilərlər. 
İmtahanda iştirak edəcək şagirdlər “İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə DİM-in saytından aprelin 9-dan etibarən çap edib götürə bilirlər. 

İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 203 imtahan binası, 3510 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 571 imtahan rəhbəri və ümumi rəhbər, 4323 nəzarətçi, 619 buraxılış rejimi əməkdaşı (mühafizə), 203 bina nümayəndəsi ayrılıb. 

İmtahanda 46169 şagirdin iştirakı nəzərdə tutulur. 

İmtahanda 17 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) şagirdlər də iştirak edəcək. Bu şagirdlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. 

Hazırda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə onlayn şəkildə təlim-seminarlar keçirilir. Bütün imtahan binalarına baxış keçirilib, imtahan zallarında şagirdlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb. 

İmtahana 1 gün qalmış təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahan mərkəzlərinə təkrar baxış da keçirilir və imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə verilir. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ceyhun Bayramov Almaniya səfirini qəbul etdi – FOTO

Ceyhun Bayramov Almaniya səfirini qəbul etdi – FOTO

Özünü həkim kimi tanıdıb, xəstələri müalicə edən şəxs maşın ustası imiş... – VİDEO

Özünü həkim kimi tanıdıb, xəstələri müalicə edən şəxs maşın ustası imiş... – VİDEO

Avropanın ən ucuz və bahalı ölkələri – SİYAHI

Avropanın ən ucuz və bahalı ölkələri – SİYAHI

SON DƏQİQƏ! İran Hörmüz boğazını yenidən BAĞLADI

SON DƏQİQƏ! İran Hörmüz boğazını yenidən BAĞLADI

Hava kəskin dəyişir: Temperatur 7 dərəcə enəcək, dolu düşəcək – XƏBƏRDARLIQ

Hava kəskin dəyişir: Temperatur 7 dərəcə enəcək, dolu düşəcək – XƏBƏRDARLIQ

Xəzər rayonunda açıq ərazidə yanğın söndürüldü – VİDEO/YENİLƏNİB

Xəzər rayonunda açıq ərazidə yanğın söndürüldü – VİDEO/YENİLƏNİB

Trampın “Meloni mənə yalvarırdı” sözlərinə İtaliya Baş nazirindən SƏRT REAKSİYA – VİDEO

Trampın “Meloni mənə yalvarırdı” sözlərinə İtaliya Baş nazirindən SƏRT REAKSİYA – VİDEO

16 yaşlı şahmatçımız Maqnus Karlsenə QALİB GƏLDİ – FOTO

16 yaşlı şahmatçımız Maqnus Karlsenə QALİB GƏLDİ – FOTO

“Şamaxı” portuqaliyalı müdafiəçi ilə RAZILIĞA GƏLDİ

“Şamaxı” portuqaliyalı müdafiəçi ilə RAZILIĞA GƏLDİ

Rəngli səhifələr kitab bazarını necə ələ keçirtdi? – Nəşriyyatlar yeni oxucular “ov”unda

Rəngli səhifələr kitab bazarını necə ələ keçirtdi? – Nəşriyyatlar yeni oxucular “ov”unda

Cəmi 4 həftəyə qocalmanı dayandırmaq mümkündür - Bu YOLLA

Cəmi 4 həftəyə qocalmanı dayandırmaq mümkündür - Bu YOLLA

"Bayrağımızın mənasını bilmirlər" -Müğənniləri tənqid etdi

"Bayrağımızın mənasını bilmirlər" -Müğənniləri tənqid etdi

Tramp: “Meloni mənimlə şəkil çəkdirmək üçün yalvarırdı” – VİDEO

Tramp: “Meloni mənimlə şəkil çəkdirmək üçün yalvarırdı” – VİDEO

DİQQƏT! Bu gecə Bakının iki rayonunda işıq olmayacaq

DİQQƏT! Bu gecə Bakının iki rayonunda işıq olmayacaq

Məhəmməd Süleyman Əl-Casir: “Bakıda keçirilən toplantıda 6 milyard dollarlıq 67 saziş imzalanıb”

Məhəmməd Süleyman Əl-Casir: “Bakıda keçirilən toplantıda 6 milyard dollarlıq 67 saziş imzalanıb”

Andrade də “Qarabağ”ı TƏRK ETDİ

Andrade də “Qarabağ”ı TƏRK ETDİ

İyun ayının pensiyaları ilə bağlı ŞAD XƏBƏR

İyun ayının pensiyaları ilə bağlı ŞAD XƏBƏR

Niyə Cümə günündə saç yumaq olmaz?

Niyə Cümə günündə saç yumaq olmaz?

Həmkəndlisini namus üstündə öldürdü... – Zaqataladakı dəhşətli qətlin TƏFƏRRÜATI

Həmkəndlisini namus üstündə öldürdü... – Zaqataladakı dəhşətli qətlin TƏFƏRRÜATI

Zabratda qəribə yol qəzası- VİDEO

Zabratda qəribə yol qəzası- VİDEO

Rusiya Mərkəzi Bankı növbəti dəfə uçot dərəcəsini ENDİRDİ

Rusiya Mərkəzi Bankı növbəti dəfə uçot dərəcəsini ENDİRDİ

Güclü külək əsəcək – XƏBƏRDARLIQ

Güclü külək əsəcək – XƏBƏRDARLIQ

Bakıda daha 4 ünvanda minib-düşmə yerləri və taksi duracaqları təşkil edildi

Bakıda daha 4 ünvanda minib-düşmə yerləri və taksi duracaqları təşkil edildi

Üç yaşlı uşağı timsah qəfəsinə atan kişi AZADLIĞA BURAXILDI

Üç yaşlı uşağı timsah qəfəsinə atan kişi AZADLIĞA BURAXILDI

End of content

No more pages to load

RADİO