Özünü həkim kimi tanıdıb, xəstələri müalicə edən şəxs maşın ustası imiş... – VİDEO

Türkiyənin Şanlıurfa vilayətində özünü həkim kimi təqdim edərək qanunsuz şəkildə insanları müalicə etdiyi iddia olunan şəxs saxlanılıb.

Bizim.Media DHA nəşrinə istinadla xəbər verir ki, hadisə Şanlıurfanın Akçakale rayonunda baş verib.

Məlumata görə, rayon Jandarma Komandanlığı əməkdaşları lisenziyasız tibbi xidmət göstərilməsi ilə bağlı daxil olan məlumat əsasında araşdırmalara başlayıblar.

Araşdırma zamanı Mahmut Y. adlı şəxsin hər hansı tibbi təhsili və ya fəaliyyəti üçün icazəsi olmadığı halda özünü həkim kimi təqdim etdiyi, iş yerini müayinə mərkəzi kimi istifadə edərək bel yırtığı, sınıq və çıxıq halları üzrə müalicə apardığı müəyyən edilib.
 
Keçirilən əməliyyat zamanı şübhəli saxlanılıb. Onun fəaliyyət göstərdiyi ünvanda aparılan axtarışlar zamanı çoxlu sayda tibbi ləvazimat, müalicə avadanlığı və bitki mənşəli dərman preparatları aşkarlanaraq götürülüb.

Araşdırmalar nəticəsində məlum olub ki, Mahmut Y. gündüz saatlarında tikintidə qəlib ustası kimi çalışır, bəzən isə avtomobil təmiri ilə məşğul olur. O, boş vaxtlarında isə sözügedən məkanda pasiyent qəbul edib.

Şanlıurfa Valiliyinin yaydığı açıqlamada qanunsuz tibbi fəaliyyət göstərən obyektə qarşı əməliyyatın uğurla həyata keçirildiyi bildirilib. Faktla bağlı cinayət işi açılıb, saxlanılan şəxsin istintaq tədbirləri davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Magistratura imtahanında bu ali məktəbin məzunları LİDER OLDU

Malayziya səfirinin Azərbaycandakı fəaliyyəti başa çatdı - FOTO

Təbiətə 90 min manatdan çox ziyan dəydi

Təbiətə 90 min manatdan çox ziyan dəydi

Müdafiə Nazirliyində hərbi-tibbi müşavirə KEÇİRİLDİ - FOTO

Gömrük Komitəsinin İdarə rəisi İŞDƏN ÇIXARILDI - FOTO

Ötən tədris ilində 200 tələbə dünyasını dəyişib

Azərbaycana ən çox turistin gəldiyi ölkələrin SİYAHISI

Bakıda saxlanılan Rusiya vətəndaşlarına HÖKM OXUNDU

11-ci siniflərdə lider rayonlar AÇIQLANDI: Ən yüksək və ən aşağı nəticələr

513 “əlaçı” qəbul imtahanında 200-dən az bal TOPLAYIB

Kitabxanaçıların attestasiyası hansı qaydada aparılacaq? – RƏSMİ MƏLUMAT

Sabunçu Tibb Mərkəzi haqqında iddialarla bağlı RƏSMİ AÇIQLAMA

Baş nazirdən Su Ehtiyatları Agentliyinin iki qurumu ilə bağlı QƏRAR

Borca görə universitetlərdən xaric edilən tələbələrin SAYI

İsrail və “Hizbullah” arasında atəşkəs ELAN EDİLDİ

Ceyhun Bayramov Almaniya səfirini qəbul etdi – FOTO

Ceyhun Bayramov Almaniya səfirini qəbul etdi – FOTO

Özünü həkim kimi tanıdıb, xəstələri müalicə edən şəxs maşın ustası imiş... – VİDEO

Özünü həkim kimi tanıdıb, xəstələri müalicə edən şəxs maşın ustası imiş... – VİDEO

Avropanın ən ucuz və bahalı ölkələri – SİYAHI

SON DƏQİQƏ! İran Hörmüz boğazını yenidən BAĞLADI

Hava kəskin dəyişir: Temperatur 7 dərəcə enəcək, dolu düşəcək – XƏBƏRDARLIQ

Xəzər rayonunda açıq ərazidə yanğın söndürüldü – VİDEO/YENİLƏNİB

Trampın “Meloni mənə yalvarırdı” sözlərinə İtaliya Baş nazirindən SƏRT REAKSİYA – VİDEO

16 yaşlı şahmatçımız Maqnus Karlsenə QALİB GƏLDİ – FOTO

“Şamaxı” portuqaliyalı müdafiəçi ilə RAZILIĞA GƏLDİ

End of content

No more pages to load

RADİO