“Qarabağ”da növbəti ayrılıq yaşanıb.
Bizim.Media xəbər verir ki, Kevin Medinanın ardınca Leandro Andrade də komandanı tərk edib.
Kabo-Verdedən olan cinah oyunçusu daha yaxşı maliyyə şərtlərinə görə iş yerini dəyişmək qərarına gəlib. O, karyerasını Avropada davam etdirəcək.
2022-ci ilin yanvar ayından “köhlən atlar”ın şərəfini qoruyan 26 yaşlı futbolçu bütün turnirlərdə 213 oyunda meydana çıxmaqla 60 qol vurub, 61 qolun ötürməsini verib.
Qeyd edək ki, “Qarabağ” mövsüm başa çatandan sonra Emmanuel Addai, Ramil Şeydayev, Sami Mmaee, Toral Bayramov və Kevin Medina ilə rəsmən yollarını ayırıb. Elvin Cəfərquliyevlə Abbas Hüseynov isə əsas komandadan uzaqlaşdırılıb.
Rəşad Rafiqoğlu, Bizim.Media