Rəngli səhifələr kitab bazarını necə ələ keçirtdi? – Nəşriyyatlar yeni oxucular “ov”unda

Azərbaycanda uşaq ədəbiyyatına maraq son illərdə xeyli artıb. Bunu  müxtəlif kitab sərgiləri və festivallarında da aydın görmək mümkündür. Azyaşlı oxucular sərgilərdə aktiv iştirak edirlər, alıcılıq qabiliyyəti də qənaətbəxşdir. Bazarda yalnız uşaqlar üçün fəaliyyət göstərən nəşriyyatların sayı məhdud olsa da, uşaq kitabları, komikslər, qrafik romanlar və maarifləndirici nəşrlər kifayət qədərdir.

Necə oldu ki, yerli kitab bazarında uşaq ədəbiyyatı üstünlük təşkil etdi?

Mütəxəssislər bildirirlər ki, valideynlər, məktəblər tərəfindən uşaqların davamlı olaraq sərgilərə, festivallara ziyarəti təşkil olunur. Cəlbedici şəkillər – vizual hekayəçilik uşaq diqqətini çox çəkir. Uşaq kitabları və komikslər həm əyləndirir, həm də oxu bacarıqlarını inkişaf etdirir. Bir çox müəllim və valideyn oxumağa həvəsləndirmək üçün belə zəngin vizual seçimlər edir. Ona görə də kiçik auditoriyanın böyüklüyü bazarı mütəmadi yenilənməyə və artmağa məcbur edir.

Digər tərəfdən isə rəqəmsal dövr də təsirsiz ötüşmür. Sosial mediada fəallıq dövründə insanlar daha qısa və vizual məzmunlara üstünlük verirlər.

Naşir, “Alatoran” nəşriyyatının rəhbəri Rasim Qaraca Bizim.Media-ya açıqlamasında bildirdi ki, uşaq kitablarının daha çox satılmasının bir səbəbi də valideynlərin uşaqların mütaliəsinə daha çox önəm verməsidir.  

“Bəzi valideyinlər indi uşağa yatırım edir, kitab və s. şeylər alır. Halbuki əvvəllər kitaba pul xərcləmək iqtisadi vəziyyətə görə "artıq xərc" hesab olunub. Amma müasir valideynlər əsasən itirilmiş nəslin nümayəndələridir, uşaq yaşlarında müharibə, böhran, qaçqın həyatı yaşayan bu insanlar Sovetin maarifçilik xəttindən qopmuş sayılırlar. Başqa sözlə, məsələyə “biz özümüz heç, barı uşaqlarımız adam olsun” düşüncəsi ilə yanaşırlar”.

Bəs Azərbaycanda sırf uşaq ədəbiyyatı ilə məşğul olan hansı nəşriyyatlar var?

Naşir bildirir ki, Azərbaycanda yalnız uşaq ədəbiyyatı çap edən nəşriyyatların sayı çox deyil. Əksər nəşriyyatlar — “Alatoran” da daxil olmaqla, “Qanun”, Teass Press, “Şərq-Qərb”, “Mücrü” və b. tanınmış nəşr evləri həm böyüklər, həm də uşaqlar üçün kitablar çap edirlər. "Uşaq nəşriyyatı" kimi tanınan brendlər, məsələn “3 Alma” böyük nəşriyyatların daxilində fəaliyyət göstərən bölmələrdir.
 

R. Qaraca əlavə etdi ki, bununla belə, ümumi kitab gəlirləri baxımından böyüklər üçün nəsr və qeyri-bədii əsərlər hələ də çox böyük bazara malikdir.


“Ümumən son 10 ildə ana dilində çap olunan kitabların keyfiyyəti poliqrafik olaraq dünya standartına yaxınlaşıb. Nəşriyyatlar bu sahədə, həqiqətən böyük yarışa qoşulublar. Danılmaz faktdır ki, indi bizdə gözəl kitablar nəşr olunur. Burada əskik olan tək məsələ nəşr edilmiş kitabların oxucuya çatmasıdır. Əksər rayonlarda heç kitab dükanı yoxdur”.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

A Seriyasında ayın ən yaxşısı oldu

A Seriyasında ayın ən yaxşısı oldu

Cəbrayılın işğaldan azad olunmasından 6 il ÖTÜR

Cəbrayılın işğaldan azad olunmasından 6 il ÖTÜR

Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO

Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO

Niyə bəzi qadınlar problemli kişiləri seçir? - “Pis oğlan” seçiminin arxasında dayanan FAKTLAR

Niyə bəzi qadınlar problemli kişiləri seçir? - “Pis oğlan” seçiminin arxasında dayanan FAKTLAR

"Zəif komandalardan asan oyun gözləmək olmaz” - Qurban Qurbanov

"Zəif komandalardan asan oyun gözləmək olmaz” - Qurban Qurbanov

“Rusiya İran-ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” - Medvedev

“Rusiya İran-ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” - Medvedev

Bəxtiyar Əsgərov vəzifəsindən AZAD EDİLDİ

Bəxtiyar Əsgərov vəzifəsindən AZAD EDİLDİ

“Ukrayna Aİ-dən 8 milyard dollar ala bilməyəcək”

“Ukrayna Aİ-dən 8 milyard dollar ala bilməyəcək”

İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi

İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi

Səudiyyə Ərəbistanı Avropadan husilərə qarşı hərbi dəstək İSTƏDİ

Səudiyyə Ərəbistanı Avropadan husilərə qarşı hərbi dəstək İSTƏDİ

Oktyabrda böyük qazanc əldə edəcək 5 BÜRC

Oktyabrda böyük qazanc əldə edəcək 5 BÜRC

Sürücülərin NƏZƏRİNƏ: Bu yollarda gecə hərəkət məhdudlaşdırılacaq

Sürücülərin NƏZƏRİNƏ: Bu yollarda gecə hərəkət məhdudlaşdırılacaq

Ukraynadan Rusiyaya yeni ZƏRBƏ MESAJI: Neft emalı zavodları hədəfdə

Ukraynadan Rusiyaya yeni ZƏRBƏ MESAJI: Neft emalı zavodları hədəfdə

“Turan Tovuz” “Fənərbağça”ya MƏĞLUB OLDU - VİDEO

“Turan Tovuz” “Fənərbağça”ya MƏĞLUB OLDU - VİDEO

Xaçmazda AĞIR QƏZA: 2 yaralı var - FOTO

Xaçmazda AĞIR QƏZA: 2 yaralı var - FOTO

"Toyda oxuyanlar gündə konsert verir, biabırçılıqdır" - VİDEO

"Toyda oxuyanlar gündə konsert verir, biabırçılıqdır" - VİDEO

ABŞ-dan uçan təyyarə itkin düşdü - FOTO/VİDEO

ABŞ-dan uçan təyyarə itkin düşdü - FOTO/VİDEO

Zelenski: “Putin müharibənin dayandırılması üçün daim yeni şərtlər irəli sürür”

Zelenski: “Putin müharibənin dayandırılması üçün daim yeni şərtlər irəli sürür”

“Fənərbağça” hesabı açdı - VİDEO

“Fənərbağça” hesabı açdı - VİDEO

İsrail ordusu “İslami Cihad”ın raket bölməsinin iki komandirini öldürüb

İsrail ordusu “İslami Cihad”ın raket bölməsinin iki komandirini öldürüb

Rabia-dan diplomatik örtüyə: Cihangir İşbilir-in müəmmalı karyerası

Rabia-dan diplomatik örtüyə: Cihangir İşbilir-in müəmmalı karyerası

Şimali Koreyada İXTİRA: Süni intellektli raket sınaqdan keçirildi

Şimali Koreyada İXTİRA: Süni intellektli raket sınaqdan keçirildi

BMT Konqresində Kibercinayətkarlığa qarşı Konvensiyasını ilk ratifikasiya etmiş dövlətlərə söz verilib - Foto

BMT Konqresində Kibercinayətkarlığa qarşı Konvensiyasını ilk ratifikasiya etmiş dövlətlərə söz verilib - Foto

Bakıda OLAY: Kişi diş həkimi üstündə arvadını bıçaqladı

Bakıda OLAY: Kişi diş həkimi üstündə arvadını bıçaqladı

End of content

No more pages to load

RADİO