Xəbər verdiyimiz kimi, ABŞ Prezidenti Donald Tramp İtaliyanın Baş naziri Corcia Meloninin şəkil çəkdirmək üçün ona yalvardığını iddia edib.
Bizim.Media xəbər verir ki, Meloni yaydığı videomüraciətdə Trampın açıqlamasına sərt reaksiya verib.
O, ABŞ liderinin iddialarını uydurma adlandırıb:
“Sözün açığı mən dəhşətə gəlmişəm. Bilmirəm ki, ABŞ Prezidenti öz müttəfiqlərinə qarşı niyə belə rəftar edir? Bu, birinci dəfə deyil. Təəssüflər olsun ki, o, Qərbin və ABŞ-ın düşmənləri ilə münasibətdə eyni qətiyyəti göstərmir, onlarla daha mehriban davranır. O, bir məsələni yadda saxlamalıdır ki, İtaliya və mən heç vaxt yalvarmırıq”.
Xatırladaq ki, Tramp əvvəllər bütün Avropa liderləri kimi İtaliyanın Baş naziri Corcia Melonini də "İran və Hörmüz boğazı məsələsində" kömək etmək istəməməkdə günahlandırmışdı.
Bizim.Media