İngiltərənin Kembric şəhərindəki bir zooparkda 30 yaşlı kişi 3 yaşlı oğlan uşağını timsah qəfəsinə atıb.
Bizim.Media “Anadolu” agentliyinə istinadla xəbər verir ki, hadisə Kembricdəki “Johnsons of Old Hurst” Zooparkında baş verib.
Uşağın yıxıldığını görən zoopark sahibi Treysi Conson qəfəsə girib və kiçik oğlanı xilas edib. Tibbi briqadalar hadisə yerinə çatdıqdan və ilk tibbi yardım göstərildikdən sonra ağır yaralanan uşaq təcili yardımla xəstəxanaya aparılıb.
Hadisədən sonra ziyarətçilər təxliyə edilib və zoopark bir müddət bağlı qalıb.
Uşağın vəziyyətinin ağır, lakin sabit olduğu bildirilib. Uşaqla əvvəlcədən tanış olmadığı güman edilən şübhəli qətl cəhdində ittiham olunub.
İstintaq zamanı isə sözügedən şəxsin əqli cəhətdən qüsurlu olduğu üzə çıxıb. O, girov müqabilində azadlığa buraxılıb.
Bizim.Media