Azərbaycanın Milli Qəhrəmanının anım günü keçirildi - FOTO

Azərbaycanın Milli Qəhrəmanı Yelmar Edilovun anım günü qeyd olunub. 

Bizim.Media xəbər verir ki, Qəhrəmanın övladları, doğmaları və döyüş yoldaşları onun şəhid olduğu yerə toplanıb. 

Qarabağ müharibəsinin birinci fazasında cəbhənin Ağdam istiqamətində gedən döyüş əməliyyatlarında rəhbərlik etdiyi taborla misilsiz qəhrəmanlıq göstərən səhra komandiri tarixin bu günü - 11 aprel 1994-cü ildə şəhid olub. 

Düşmən tankının topundan atılan mərmi komandirin yanında partlayır və onun faciəvi ölümünə səbəb olur. Nəşin qalıqları döyüşçülər tərəfindən toplanılaraq İkinci Fəxri Xiyabanda dəfn olunması üçün Bakıya yola salınır. Lakin sonradan əfsanəvi komandirin ərazisindən tapılan əzaları elə onun həlak olduğu səngərin yanında dəfn olunub. Uzun müddət ərazi döyüş meydanı, qoşunların təmas xəttində yerləşməsinə baxmayaraq şəhidin məzarı hərbçilər tərəfindən qorunub saxlanılıb. 


Onun qeyd olunan anım günündə isə ehtiyatda olan polkovnik-leytenant Elşən Zeynalovun təşəbbüsü ilə şəhidin şəkli və bir də uğrunda can verdiyi Azərbaycanın şanlı bayrağı ucaldılıb. 

Milli Qəhrəmanın qızı Mehriban Edilova 44 günlük müharibədən sonra Azərbaycanın qazandığı qələbənin, torpaqların işğaldan azad edilməsinin böyük təsəlli olduğunu hesab edir: 

"Torpaqlarımızın azad edilməsi bizim üçün böyük təsəllidir. Həm də şəhidlərimizin qisası alındı. Atamla fəxr edirəm, qürur hissi keçirirəm. O, tək bizim yox bütün əsgərlərinin atası idi. "İrəli" demirdi, "ardımca" deyirdi. Allah bütün şəhidlərə rəhmət eləsin!" - deyir Mehriban Edilova. 

Yelmar Edilovun döyüş yoluna nəzər salsaq, burada Ağdam istiqamətində aparılan ən ağır əməliyyatları görərik. Dəfələrlə yaralanmasına baxmayaraq müalicəsini yarımçıq qoyub döyüşə qayıdıb. Ona görə yox ki, onun bütün oğul övladları səngərdə idi. Ona görə ki, doğulduğu vətən torpaqları hər dəfə bir az işğal altına düşürdü. Ona görə də, özündən, qardaşından və digər qohumlarından başqa dörd oğulunu da qurban demişdi bu torpaqlara. Onun yanında döyüşə girən dörd oğlunun ən kiçikiyi isə cəmi 14 yaşında olub. Həmin Pərviz də bu gün azad torpaqlarda, atası ilə sonuncu döyüş səngərindədir. Həm də atasının məzarı başında...


"Biz onun yanında dörd qardaş döyüşürdük. Döyüşlər yeni başlayanda 14 yaşım var idi. Həmçinin əmirlərim və digər qohumlarım. Qanlı döyüşlər keçmişik. Düşmən uzun müddətdir izlədiyi komandiri, yəni atamı gördüyünüz o istiqamətdən tankla vurdular. Tank yenicə işğal etdikləri Üzərik təpədən cəmi bir atəş açdı. Dünən axşam səngərdə doğum gününü qeyd etdik. Bu gün isə şəhid oldu. Həm atam, həm də komandirim olduğu üçün fəxr edirəm. Allah bütün şəhidlərə rəhmət eləsin"

Qəhrəman komandir şəhid olduqdan sonra, onun ömür-gün yoldaşı Reyhan xanım hərbi forma geyinərək cəbhədə olan oğulları Habilin, Qabilin, Nadirin və Pərvizin yanına gəlib silaha sarılır. Qəhrəmanın qız övladı Könül Edilova atasının ruhunun şad olduğunu dilə gətirir: 

"Bu gün atamın abidəsi önündə durmaq böyük qürur hissidir. Çünki onun ən böyük arzusu torpaqları azad etmək idi. Bu gün torpaqlarımız azaddır. Onun da ruhu şaddır".


Abidə önünə gələn keçmiş döyüşçülər, komandirin silahdaşları Yelmar Edilovla bağlı döyüş xatirələrini danışıblar. Gənc nəsillərə örnək olacaq qəhrəmanlıq salnaməsi haqqında söhbət açıblar. 

Tədbirdə iştirak edən Gülnaz Edilova gənc nəslin onun adına tam layiq olduğunu bildirir: 

"Mən qəhrəmanın qardaşı qızıyam. Atam da, qardaşım da Qarabağ qazisidir. Gənc Edilovlar əmimin adına layiq şəkildə davam edir. Qardaşım və digər 10-larla qohumum 44 günlük Vətən müharibəsində iştirak etdilər, qazi oldular. Hazırda da xidmət aparanlar da az deyil. Mən fəxr edirəm".

Xatırladaq ki, Yelmar Edilov 10 aprel 1946-cı ildə Ağdam rayonunun Əlimədədli kəndində anadan olub. 1954–1964-cü illərdə Əlimədədli kənd orta məktəbində təhsil alıb, sonra isə Ağdam Kənd Təsərrüfatı Texnikumuna daxil olub.


O, 1964-cü ildə Minsk şəhərində hərbi xidmətə başlayır. Yelmar yaxşı samboçu idi. Qarnizon birinciliyi yarışları zamanı aldığı zədədən, o hərbi xidmətdən ikinci qrup əlil kimi tərxis olunur və texnikumda yarımçıq qalmış təhsilini davam etdirir. 1970-ci ildə təhsilini başa vurur. M. F. Axundov adına üzümçülük kolxozunda əmək fəaliyyətinə başlayıb. 1988-ci ildə ata-babalarımızdan yadigar torpaqlarımız olan Qərbi Azərbaycan ərazisindən soydaşlarımızın deportasiya edilməsi zamanı Yelmar könüllü özünümüdafiə batalyonlarının yaradılmasını təkid edirdi. Bu iş yalnız 1990-cı ildən sonra görülməyə başlanıldı. 1991-ci ilin əvvəllərindən başlayaraq Ağdamın bir çox kəndləri erməni işğalçıları tərəfindən gecə-gündüz atəşə tutulurdu. Yelmar Edilovun rəhbərliyi ilə Kolanı kəndində özünümüdafiə batalyonu yaradıldı. Bu dəstə Ağdamda böyük hünər göstərdi, onlar dəfələrlə ermənilərə lazımı cavabı verdilər. 11 aprel 1994-cü ildə "Çərik" kökəltmə məntəqəsi uğrunda gedən döyüşdə Yelmar qəhrəmanlıqla həlak olur.

Ailəli idi. Yeddi övladı var.

Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli 203 saylı fərmanı ilə Edilov Yelmar Şahmar oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib. 











Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanda əlavə iş yerləri yaradılacaq

Azərbaycanda əlavə iş yerləri yaradılacaq

Hacıqabulda əməliyyat – Saxlanılan var - FOTO

Hacıqabulda əməliyyat – Saxlanılan var - FOTO

Daşkəsəndə AİLƏ DRAMI – Qayınata kürəkənini qətlə yetirdi

Daşkəsəndə AİLƏ DRAMI – Qayınata kürəkənini qətlə yetirdi

Azərbaycanlıların da olduğu gəmidə batan daha bir nəfərin meyiti tapıldı

Azərbaycanlıların da olduğu gəmidə batan daha bir nəfərin meyiti tapıldı

Təkərlərdə “2 atmosfer” standartı doğru deyilmiş – Sürücülərin diqqət etməli olduğu MƏQAMLAR

Təkərlərdə “2 atmosfer” standartı doğru deyilmiş – Sürücülərin diqqət etməli olduğu MƏQAMLAR

Bakıda kişi arvadını dişlədi – 1 il 8 ay həbsdə yatacaq

Bakıda kişi arvadını dişlədi – 1 il 8 ay həbsdə yatacaq

Rusiyada taun xəstəliyi yayılır? - FOTO

Rusiyada taun xəstəliyi yayılır? - FOTO

BDU-da tələbələrdən pul yığılır? – Təhsil ocağından REAKSİYA

BDU-da tələbələrdən pul yığılır? – Təhsil ocağından REAKSİYA

Pakistanda təcavüzə uğrayan 23 yaşlı Diana Azərbaycana GÖNDƏRİLDİ

Pakistanda təcavüzə uğrayan 23 yaşlı Diana Azərbaycana GÖNDƏRİLDİ

Nazirdən şad xəbər: Bu şəxslərə 20 min manatadək pul verilə bilər

Nazirdən şad xəbər: Bu şəxslərə 20 min manatadək pul verilə bilər

Bakıda tanınmış restoranda biabırçılıq

Bakıda tanınmış restoranda biabırçılıq

Quba-Xınalıq yolu niyə tez-tez sürüşür? – Səbəbi MƏLUM oldu

Quba-Xınalıq yolu niyə tez-tez sürüşür? – Səbəbi MƏLUM oldu

İbrahim Borçalının evində toy olacaq

İbrahim Borçalının evində toy olacaq

Soçinin sabiq meri 15 il müddətinə azadlıqdan məhrum edildi – FOTO

Soçinin sabiq meri 15 il müddətinə azadlıqdan məhrum edildi – FOTO

Turist öz çadırında yandı - FOTO

Turist öz çadırında yandı - FOTO

Quru bəyanatlar, “unudulan” hüquqi öhdəlik... – Paşinyanın “SÜLH” PARADOKSU

Quru bəyanatlar, “unudulan” hüquqi öhdəlik... – Paşinyanın “SÜLH” PARADOKSU

Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatlarının ADLARI

Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatlarının ADLARI

Zeynəb Xanlarovanın yeni FOTOSU

Zeynəb Xanlarovanın yeni FOTOSU

İnfarkta qarşı yeni dövr – “Ürək yamağı” ilk dəfə tətbiq edildi

İnfarkta qarşı yeni dövr – “Ürək yamağı” ilk dəfə tətbiq edildi

"Sabah" - "Slaviya" oyununa 45 minə yaxın bilet satıldı

"Sabah" - "Slaviya" oyununa 45 minə yaxın bilet satıldı

Saxta müalicələrdən milyonlar qazandı – Özünə qızıl örtüklü Cybertruck aldı

Saxta müalicələrdən milyonlar qazandı – Özünə qızıl örtüklü Cybertruck aldı

ABŞ-a getmək istəyənlərin nəzərinə: Ölkəyə giriş qaydaları dəyişir

ABŞ-a getmək istəyənlərin nəzərinə: Ölkəyə giriş qaydaları dəyişir

İlin sonunadək Ağdama nə qədər əhali köçürüləcək?

İlin sonunadək Ağdama nə qədər əhali köçürüləcək?

Astanada Qarabağ atının heykəlinin açılışı oldu – FOTO

Astanada Qarabağ atının heykəlinin açılışı oldu – FOTO

End of content

No more pages to load

RADİO