Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotik xassəli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən M.Nəzərov saxlanılıb.
DİN-dən Bizim.Media-ya verilən məlumata görə, onun yaşadığı evin həyətindən aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi 47 ədəd narkotik xassəli kol, eləcə də 1 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bizim.Media