Nazirdən şad xəbər: Bu şəxslərə 20 min manatadək pul verilə bilər

"Əvvəllər həm dəmyə ərazilərdə, həm səthi suvarmada, klassik suvarmada hektarına 200 manat subsidiya ödənilirdisə, müasir suvarma altında olan sahələrə, ixtisaslaşmış rayonlarda hektarına 400 manat subsidiya ala biləcəklər".

Bizim.Media “oxu.az”a istinadən xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov "Aqrar Biznes Festivalı" çərçivəsində təşkil edilən "Aqrar sahədə dövlətin dəstək mexanizmləri" mövzusunda panel müzakirəsində deyib.

O bildirib ki, eyni məntiq azad olunmuş ərazilərə də tətbiq olunur:

"Azad olunmuş ərazilərdə artıq ikinci ildir ki, bu mexanizm mövcuddur. Biz bunun faydasını burada gördük və artıq növbəti ildən digər bölgələrdə də tətbiq etməyə başlayırıq.
 

Müasir suvarma altında olan ərzaqlıq buğda istehsalçıları ixtisaslaşmış rayonlarda tonuna 100 manat əlavə subsidiya əldə edəcəklər. Subsidiya istehsal etdikləri məhsul ərzaqlıq buğda kateqoriyasına laboratoriyada təsdiqini aldıqdan və onu emala təhvil verdikdən sonra təqdim ediləcək.


Burada da vacib məqam məhz emala təhvil verilməsidir. Biz xammalın emala yönəldilməsinə nail olmağa çalışırıq.

Amma bu yeni mexanizm çərçivəsində söhbət sadəcə müasir suvarmadan getmir. Eyni zamanda, digər istehsalçılar üçün də bu imkanı saxlayırıq və ixtisaslaşmış rayonlarda istehsal olunan ərzaqlıq buğdanı istənilən istehsalçı artıq emalçılara təhvil verib tonuna əlavə 50 manat subsidiya əldə edə biləcək.

Bu, müasir suvarmanın təşviq edilmə yollarından biridir.

Bağçılıqda da azad olunmuş ərazilərdə və Naxçıvanda, demək olar ki, iki dəfə daha artıq subsidiya verilməklə müxtəlif meyvə növlərinin əkilməsi üçün birdəfəlik subsidiyanın ayrılması təşviq mexanizmləri kimi istifadə olunur. Burada hektarına 2-3 min manatdan başlayaraq 20 min manatadək dəstəyin verilməsi nəzərdə tutulub".

Nazir əlavə edib ki, bundan başqa, texnika, müasir suvarma, qoşqular, örtülü hava depoları və ya silolar istiqamətində dəstək mexanizmləri də nəzərdə tutulub:

"Bunların xeyli hissəsində əvvəlki zamanlarda tətbiq olunan 40 faizlik güzəşt 50 faizə, yerli istehsal olunan müasir suvarma sistemlərinə isə 60 faizə qədər artırılır. İstixanalara yönəlik dəstək mexanizmləri də nəzərdə tutulub. Yerli istehsal edilmiş metal konstruksiyalara və yerli istehsal edilmiş şüşələrə 20 faizlik dövlət güzəşti tətbiq olunacaq. Bundan əlavə, müxtəlif istixana növlərinə görə hektar başına subsidiya ayrılması nəzərdə tutulub".

M.Məmmədovun sözlərinə görə, ölkəyə idxal olunan dişi heyvan üçün illik 500 manat verilməsi, ondan doğulan və sürü dövriyyəsinin təminatını təşkil edən, Azərbaycanda yetişdirilən yeni cins heyvanlara isə 800 manat subsidiya verilməsi nəzərdə tutulub.

O bildirib ki, yeni investisiya edənlər, yeni ferma tikənlər üçün isə yaratdıqları yeni fermalarda hər heyvan başına südçülük təsərrüfatlarında 1500 manat, ətçilik təsərrüfatlarında isə əlavə 1000 manat subsidiya verilməsi nəzərdə tutulur:

"Bunlar əvvəlki 60 faizlik güzəşt mexanizminə əlavə olaraq veriləcək dəstəklərdir. Eyni zamanda, süni mayalanma mexanizmində də dəyişiklik olunub. Süni mayalanmada əvvəlki zamanlarda hər yeni doğulan buzova 100 manat subsidiya verilirdisə, bu, 75 manata endirilir. Lakin həmin buzovdan doğulacaq, süni mayalanma yolu ilə, yəni nəsli davam etdiriləcək və sürü dövriyyəsi təmin ediləcək heyvanlara isə artıq 150 manat subsidiya nəzərdə tutulur".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Siyəzəndə ƏMƏLİYYAT: 14 nəfər saxlanıldı – FOTO/VİDEO

Siyəzəndə ƏMƏLİYYAT: 14 nəfər saxlanıldı – FOTO/VİDEO

Pul köçürmələri ilə bağlı YENİLİK – Məbləğ kəskin ARTIRILDI

Pul köçürmələri ilə bağlı YENİLİK – Məbləğ kəskin ARTIRILDI

Qara dənizdə Türkiyə gəmisinə DRON HÜCUMU – Yaralılar var – VİDEO

Qara dənizdə Türkiyə gəmisinə DRON HÜCUMU – Yaralılar var – VİDEO

Elgiz bağ evini nümayiş etdirdi - (Video)

Elgiz bağ evini nümayiş etdirdi - (Video)

Liya Bayramovaya yeni vəzifə verildi

Liya Bayramovaya yeni vəzifə verildi

Bu şəxslər magistraturada dövlət hesabına TƏHSİL ALACAQLAR

Bu şəxslər magistraturada dövlət hesabına TƏHSİL ALACAQLAR

Bakı metrosunun qatar yolundakı su görün nə imiş

Bakı metrosunun qatar yolundakı su görün nə imiş

Azərbaycanda əlavə iş yerləri yaradılacaq

Azərbaycanda əlavə iş yerləri yaradılacaq

Hacıqabulda əməliyyat – Saxlanılan var - FOTO

Hacıqabulda əməliyyat – Saxlanılan var - FOTO

Daşkəsəndə AİLƏ DRAMI – Qayınata kürəkənini qətlə yetirdi - VİDEO

Daşkəsəndə AİLƏ DRAMI – Qayınata kürəkənini qətlə yetirdi - VİDEO

Azərbaycanlıların da olduğu gəmidə batan daha bir nəfərin meyiti tapıldı

Azərbaycanlıların da olduğu gəmidə batan daha bir nəfərin meyiti tapıldı

Təkərlərdə “2 atmosfer” standartı doğru deyilmiş – Sürücülərin diqqət etməli olduğu MƏQAMLAR

Təkərlərdə “2 atmosfer” standartı doğru deyilmiş – Sürücülərin diqqət etməli olduğu MƏQAMLAR

Bakıda kişi arvadını dişlədi – 1 il 8 ay həbsdə yatacaq

Bakıda kişi arvadını dişlədi – 1 il 8 ay həbsdə yatacaq

Rusiyada taun xəstəliyi yayılır? - FOTO

Rusiyada taun xəstəliyi yayılır? - FOTO

BDU-da tələbələrdən pul yığılır? – Təhsil ocağından REAKSİYA

BDU-da tələbələrdən pul yığılır? – Təhsil ocağından REAKSİYA

Pakistanda təcavüzə uğrayan 23 yaşlı Diana Azərbaycana GÖNDƏRİLDİ

Pakistanda təcavüzə uğrayan 23 yaşlı Diana Azərbaycana GÖNDƏRİLDİ

Nazirdən şad xəbər: Bu şəxslərə 20 min manatadək pul verilə bilər

Nazirdən şad xəbər: Bu şəxslərə 20 min manatadək pul verilə bilər

Bakıda tanınmış restoranda biabırçılıq

Bakıda tanınmış restoranda biabırçılıq

Quba-Xınalıq yolu niyə tez-tez sürüşür? – Səbəbi MƏLUM oldu

Quba-Xınalıq yolu niyə tez-tez sürüşür? – Səbəbi MƏLUM oldu

İbrahim Borçalının evində toy olacaq

İbrahim Borçalının evində toy olacaq

Soçinin sabiq meri 15 il müddətinə azadlıqdan məhrum edildi – FOTO

Soçinin sabiq meri 15 il müddətinə azadlıqdan məhrum edildi – FOTO

Turist öz çadırında yandı - FOTO

Turist öz çadırında yandı - FOTO

Quru bəyanatlar, “unudulan” hüquqi öhdəlik... – Paşinyanın “SÜLH” PARADOKSU

Quru bəyanatlar, “unudulan” hüquqi öhdəlik... – Paşinyanın “SÜLH” PARADOKSU

Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatlarının ADLARI

Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatlarının ADLARI

End of content

No more pages to load

RADİO