Astanada Qarabağ atının heykəlinin açılışı oldu – FOTO

Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Katibliyinin qərargahında Azərbaycanın təşkilata sədrliyi dövründə hədiyyə etdiyi və AQEM Gününə həsr olunan Qarabağ atının heykəlinin açılış mərasimi keçirilib.

Bizim.Media xəbər verir ki, mərasimdə təşkilatın Baş katibi Kayrat Sarıbay, bu ölkədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri iştirak ediblər.

Ölkəmizin Qazaxıstandakı səfiri Əlimirzamin Əskərov çıxışında bildirib ki, Qarabağ atı Azərbaycanın milli irsinin mühüm hissəsidir, cəsarəti və sədaqəti simvolizə edir.

“Azərbaycan məhz bu ruhda Qarabağ atını AQEM-ə təqdim edir. Ümid edirik ki, bu heykəl digər üzv dövlətlərlə dostluğumuzun və AQEM-in aramızda formalaşdırmağa kömək etdiyi səmimi ab-havanın rəmzinə çevriləcək”, - deyə diplomat bildirib.
 

Azərbaycanın AQEM-ə sədrliyinin prioritetlərindən danışan səfir bildirib ki, oktyabrın 15-də Bakı qurumun yeddinci Sammitinə ev sahibliyi edəcək. Onun sözlərinə görə, Azərbaycan üzv dövlətlər və Katiblik ilə görüşün məzmun və təşkili sahəsində sıx əməkdaşlıq edir.


AQEM-in Baş katibi Kayrat Sarıbay öz növbəsində deyib ki, bu heykəl üzv dövlətlər tərəfindən hədiyyə olunan və Asiyanın mədəni müxtəlifliyini əks etdirən incəsənət əsərləri arasında öz yerini tutacaq.

O qeyd edib ki, son dörd il ərzində üzv dövlətlər AQEM-in bütün beş ölçüsü üzrə etimad quruculuğu sahəsində 100-ə yaxın tədbir keçiriblər.

Gündəlik kibertəhlükəsizlik və terrorizmə qarşı mübarizə, dayanıqlı inkişaf və ətraf mühitin mühafizəsi, əlaqəlilik və nəqliyyat dəhlizləri, insanlararası təmaslar, kiçik və orta biznes, kənd təsərrüfatı, mədən təhlükəsizliyi, səhiyyə və digər istiqamətləri əhatə edib.

Kayrat Sarıbay, həmçinin Azərbaycanın sədrliyi dövründə ekoloji gündəliyin daha da inkişaf etdiyini, o cümlədən yaşıl turizm, yaşıl iqtisadiyyat, dayanıqlı əlaqəlilik və iqlimədavamlı nəqliyyat dəhlizləri sahəsində təşəbbüslərin həyata keçirildiyini qeyd edib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İbrahim Borçalının evində toy olacaq

İbrahim Borçalının evində toy olacaq

Soçinin sabiq meri 15 il müddətinə azadlıqdan məhrum edildi – FOTO

Soçinin sabiq meri 15 il müddətinə azadlıqdan məhrum edildi – FOTO

Turist öz çadırında yandı - FOTO

Turist öz çadırında yandı - FOTO

Quru bəyanatlar, “unudulan” hüquqi öhdəlik... – Paşinyanın “SÜLH” PARADOKSU

Quru bəyanatlar, “unudulan” hüquqi öhdəlik... – Paşinyanın “SÜLH” PARADOKSU

Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatlarının ADLARI

Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatlarının ADLARI

Zeynəb Xanlarovanın yeni FOTOSU

Zeynəb Xanlarovanın yeni FOTOSU

İnfarkta qarşı yeni dövr – “Ürək yamağı” ilk dəfə tətbiq edildi

İnfarkta qarşı yeni dövr – “Ürək yamağı” ilk dəfə tətbiq edildi

"Sabah" - "Slaviya" oyununa 45 minə yaxın bilet satıldı

"Sabah" - "Slaviya" oyununa 45 minə yaxın bilet satıldı

Saxta müalicələrdən milyonlar qazandı – Özünə qızıl örtüklü Cybertruck aldı

Saxta müalicələrdən milyonlar qazandı – Özünə qızıl örtüklü Cybertruck aldı

ABŞ-a getmək istəyənlərin nəzərinə: Ölkəyə giriş qaydaları dəyişir

ABŞ-a getmək istəyənlərin nəzərinə: Ölkəyə giriş qaydaları dəyişir

İlin sonunadək Ağdama nə qədər əhali köçürüləcək?

İlin sonunadək Ağdama nə qədər əhali köçürüləcək?

Astanada Qarabağ atının heykəlinin açılışı oldu – FOTO

Astanada Qarabağ atının heykəlinin açılışı oldu – FOTO

Emin Hüseynov Ağdamdan sahibkarlara SƏSLƏNDİ: “Gəlin, 24 min hektar əkinəyararlı torpaq istifadə üçün hazırdır”

Emin Hüseynov Ağdamdan sahibkarlara SƏSLƏNDİ: “Gəlin, 24 min hektar əkinəyararlı torpaq istifadə üçün hazırdır”

Vəzifəyə təyin olunması xəbərinə aydınlıq gətirdi

Vəzifəyə təyin olunması xəbərinə aydınlıq gətirdi

Bakıda məktəbin qarşısında dəhşət: 18 yaşlı gənc öldürüldü

Bakıda məktəbin qarşısında dəhşət: 18 yaşlı gənc öldürüldü

Bakının hansı ərazilərində kanat yolu YARADILACAQ?

Bakının hansı ərazilərində kanat yolu YARADILACAQ?

Pensiya və təqaüdlər BU TARİXDƏ ÖDƏNİLƏCƏK

Pensiya və təqaüdlər BU TARİXDƏ ÖDƏNİLƏCƏK

Sabah da YAĞIŞ YAĞACAQ

Sabah da YAĞIŞ YAĞACAQ

İlham Əliyev Malayziyaya səfərə dəvət olundu

İlham Əliyev Malayziyaya səfərə dəvət olundu

Malayziyanın yeni səfiri İlham Əliyevin qəbulunda – FOTO/VİDEO

Malayziyanın yeni səfiri İlham Əliyevin qəbulunda – FOTO/VİDEO

Ramil Usubovun ailəsində AĞIR İTKİ - FOTO

Ramil Usubovun ailəsində AĞIR İTKİ - FOTO

“Bezmişik, bu nə yoldur” – VİDEO

“Bezmişik, bu nə yoldur” – VİDEO

Daha beş stomatoloqun lisenziyasız fəaliyyət göstərdiyi AŞKARLANDI

Daha beş stomatoloqun lisenziyasız fəaliyyət göstərdiyi AŞKARLANDI

Bir ayda 13 klinika cəzalandırıldı – RƏSMİ

Bir ayda 13 klinika cəzalandırıldı – RƏSMİ

End of content

No more pages to load

RADİO