Quru bəyanatlar, “unudulan” hüquqi öhdəlik... – Paşinyanın “SÜLH” PARADOKSU

44 günlük müharibədən 6 il keçməsinə baxmayaraq hələ də Ermənistanla Azərbaycan arasında sülh sazişi imzalanmayıb.

Baxmayaraq ki, 10 noyabr Bəyannaməsində ən qısa zamanda sülh sazişinin imzalanması əsas şərt kimi irəli sürülmüşdü. Üstəlik, ötən ilin avqustunda Vaşinqtonda sülh sazişi paraflandı.
 

MÖVZU İLƏ BAĞLI:

Paşinyan: “Bu, Azərbaycandan başlayıb Azərbaycanda bitəcək”


Həmin axt Azərbaycan rəsmi şəkildə bəyan etdi ki, yekun sülh sazişinin imzalanması üçün Ermənistan Konstitusiyasına dəyişikliklər edilməlidir. Lakin sözügedən dəyişikliklər hələ də edilməyib.

Kimdir günahkar?

Bəri başdan deyək ki, bu vaxtadək sülh sazişinin imzalanmamasının tək günahkarı və səbəbkarı Ermənistan hakimiyyətidir. Çünki davamlı sülh üçün rəsmi İrəvan bu vaxtadək nə hüquqi baza hazırlayıb, nə də ki, sazişə mane olan əngəlləri aradan qaldırıb. Üstəlik erməni cəmiyyəti də qarşılıqlı etimaddan çox-çox uzaqdır. Ona görə də Ermənistanda tez-tez müharibə ritorikaları səslənir.

Təsadüfi deyil ki, Ermənistan hakimiyyəti bir tərəfdən sülhün əldə edildiyini vurğulayır, digər tərəfdən sülh sazişinin tam hüquqi nəticələrinin təmin olunması məsələsində daxili siyasi amilləri ön plana çəkir.

Bir sözlə rəsmi İrəvan sülh sazişinin imzalanmasını hər vasitə ilə ləngidir. Bunun bir səbəbi daxili siyasi faktordursa, digər amil xarici təzyiqlərdir.

Çox təəssüf ki, Paşinyan iqtidarı hələ də xarici dəstəyə arxalanır. Və bu məsələdə rəsmi İrəvanın müxtəlif beynəlxalq aktorların mövqelərinə istinad edir.

Ona görə də Ermənistan sülhün yalnız bəyanat deyil, öhdəlik olmasını unudur. Çünki sülh danışıqlarında əsas ölçü verilən bəyanatlar deyil, imzalanan sənədlərin yerinə yetirilməsi və qarşılıqlı öhdəliklərin icrasıdır.

Sülhə iki fərqli baxış

Sülh sazişi yalnız xarici siyasət məsələsi deyil, Ermənistanın daxili siyasi gündəminin də mühüm hissəsinə çevrilib.
 

Ermənistan tərəfi bildirir ki, faktiki olaraq artıq sülh şəraiti yaranıb. Sərhəddə atəş nəticəsində itkilərin olmaması, ticarətin başlaması və tranzit imkanlarının genişlənməsi buna nümunədir. Ermənistan “sülhün yerdə artıq işlədiyini” vurğulayır.


Azərbaycan isə sülhün yalnız kağız üzərində qalmasını yetərli hesab etmir. Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda keçirilən CAMCA 2026 Regional Forumunda bildirib ki, Azərbaycan yalnız son bir addımı - Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı dəyişikliklərin edilməsini gözləyir və bundan sonra yekun sülh sazişi reallığa çevriləcək:

"Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi, biz sülh şəraitində yaşayırıq və hətta sülh şəraitində yaşamağı öyrənirik. Müstəqilliyimizin ilk günlərindən torpağımızda kifayət qədər sülh olmayıb. Amma indi biz səylə işləyirik və bu gün regionda de-fakto sülh mövcuddur. Lakin sülh yalnız kağız üzərində qalmamalıdır".

Nəzərə alaq ki, rəsmi Bakı Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları olduğunu dəfələrlə bildirib və bunun aradan qaldırılmasını sazişin imzalanması baxımından əsas şərtlərdən biri kimi təqdim edib.

Bütün bunlarsa onu sübut edir ki, Ermənistan hökuməti sülhün tərəfdarı olduğunu bəyan edir, amma sülhün hüquqi baxımdan tamamlanması üçün tələb olunan bəzi addımları atmır.

Ona görə də hazırkı dönəmdə qəribə mənzərə yaranıb. Ermənistan sülh prosesindən geri çəkilmir, lakin sülhün siyasi və hüquqi nəticələrini tam qəbul etmək prosesində ehtiyatlı və mərhələli davranır. Məhz bu yanaşma sülh prosesində əsas əngələ çevrilib.

Sülh sazişi niyə vacibdir?

Bu gün Ermənistanla Azərbaycan arasındakı şərti sərhəddə nisbi sakitlikdir. Artıq əvvəllər olduğu kimi silahlar danışmır. Amma atəşkəsin pozulmamasına heç bir təminat yoxdur. Hər an hansısa təxribat ola bilər. Çünki bəzi qlobal güclər Ermənistanla Azərbaycan arasında davamlı sülhün olmasını istəmir. Təəssüf ki, Ermənistanın siyasi dairələri məhz həmin güclərin təsiri altındadır.
 

Unutmayaq ki,  sülh sazişinin imzalanması Ermənistan xarici boyunduraqdan qurtarar və rəsmi İrəvan müstəqil siyasət yürütmək imkanı qazanar. Məhz bundan sonra iki ölkə arasında davamlı sülh barədə danışmaq olar.


Nəzərə alaq ki, Ermənistanla Azərbaycan arasında sülh sazişi imzalansa bu təkcə iki ölkə arasında etimada və iqtisadi əlaqələrə əsas yaratmayacaq, həm də Cənubi Qafqaza dirçəliş və rifah gətirəcək. Çünki Cənubi Qafqaz beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişdiyi bir coğrafiyadır. Bu da o deməkdir ki, sülh sazişi həm Şimal-Cənub, həm də Qərb-Şərq nəqliyyat dəhlizlərinin daha rentabelli olmasına şərait yaradacaq. İqtisadi maraqların kəsişdiyi yerdə isə müharibə riski minimuma enir.

Ona görə də Ermənistanla Azərbaycan arasında sülh sazişi təkcə iki ölkənin maraqlarına xidmət etmir. Bu Cənubi Qafqazda, bütövlükdə isə regionda qarşılıqlı etimada və rifaha əsaslı təminat yaradır.

Bir sözlə Cənubi Qafqazda davamlı sülh, keçmiş münaqişənin siyasi alətlərini qoruyub saxlamaqdan yox, qarşılıqlı ərazi bütövlüyünün tanınmasından, bütün ərazi iddialarının aradan qaldırılmasından və əldə edilmiş razılaşmaların tam icrasından keçir. Ona görə də sülh masasına oturmaq nə qədər vacibdirsə, masada götürdüyün öhdəlikləri həyata keçirmək ondan daha vacibdir.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Təkərlərdə “2 atmosfer” standartı doğru deyilmiş – Sürücülərin diqqət etməli olduğu MƏQAMLAR

Təkərlərdə “2 atmosfer” standartı doğru deyilmiş – Sürücülərin diqqət etməli olduğu MƏQAMLAR

Bakıda kişi arvadını dişlədi, tava ilə döydü

Bakıda kişi arvadını dişlədi, tava ilə döydü

Rusiyada taun xəstəliyi yayılır? - FOTO

Rusiyada taun xəstəliyi yayılır? - FOTO

BDU-da tələbələrdən pul yığılır? – Təhsil ocağından REAKSİYA

BDU-da tələbələrdən pul yığılır? – Təhsil ocağından REAKSİYA

Pakistanda təcavüzə uğrayan 23 yaşlı Diana Azərbaycana GÖNDƏRİLDİ

Pakistanda təcavüzə uğrayan 23 yaşlı Diana Azərbaycana GÖNDƏRİLDİ

Nazirdən şad xəbər: Bu şəxslərə 20 min manatadək pul verilə bilər

Nazirdən şad xəbər: Bu şəxslərə 20 min manatadək pul verilə bilər

Bakıda tanınmış restoranda biabırçılıq

Bakıda tanınmış restoranda biabırçılıq

Quba-Xınalıq yolu niyə tez-tez sürüşür? – Səbəbi MƏLUM oldu

Quba-Xınalıq yolu niyə tez-tez sürüşür? – Səbəbi MƏLUM oldu

İbrahim Borçalının evində toy olacaq

İbrahim Borçalının evində toy olacaq

Soçinin sabiq meri 15 il müddətinə azadlıqdan məhrum edildi – FOTO

Soçinin sabiq meri 15 il müddətinə azadlıqdan məhrum edildi – FOTO

Turist öz çadırında yandı - FOTO

Turist öz çadırında yandı - FOTO

Quru bəyanatlar, “unudulan” hüquqi öhdəlik... – Paşinyanın “SÜLH” PARADOKSU

Quru bəyanatlar, “unudulan” hüquqi öhdəlik... – Paşinyanın “SÜLH” PARADOKSU

Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatlarının ADLARI

Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatlarının ADLARI

Zeynəb Xanlarovanın yeni FOTOSU

Zeynəb Xanlarovanın yeni FOTOSU

İnfarkta qarşı yeni dövr – “Ürək yamağı” ilk dəfə tətbiq edildi

İnfarkta qarşı yeni dövr – “Ürək yamağı” ilk dəfə tətbiq edildi

"Sabah" - "Slaviya" oyununa 45 minə yaxın bilet satıldı

"Sabah" - "Slaviya" oyununa 45 minə yaxın bilet satıldı

Saxta müalicələrdən milyonlar qazandı – Özünə qızıl örtüklü Cybertruck aldı

Saxta müalicələrdən milyonlar qazandı – Özünə qızıl örtüklü Cybertruck aldı

ABŞ-a getmək istəyənlərin nəzərinə: Ölkəyə giriş qaydaları dəyişir

ABŞ-a getmək istəyənlərin nəzərinə: Ölkəyə giriş qaydaları dəyişir

İlin sonunadək Ağdama nə qədər əhali köçürüləcək?

İlin sonunadək Ağdama nə qədər əhali köçürüləcək?

Astanada Qarabağ atının heykəlinin açılışı oldu – FOTO

Astanada Qarabağ atının heykəlinin açılışı oldu – FOTO

Emin Hüseynov Ağdamdan sahibkarlara SƏSLƏNDİ: “Gəlin, 24 min hektar əkinəyararlı torpaq istifadə üçün hazırdır”

Emin Hüseynov Ağdamdan sahibkarlara SƏSLƏNDİ: “Gəlin, 24 min hektar əkinəyararlı torpaq istifadə üçün hazırdır”

Vəzifəyə təyin olunması xəbərinə aydınlıq gətirdi

Vəzifəyə təyin olunması xəbərinə aydınlıq gətirdi

Bakıda məktəbin qarşısında dəhşət: 18 yaşlı gənc öldürüldü - VİDEO

Bakıda məktəbin qarşısında dəhşət: 18 yaşlı gənc öldürüldü - VİDEO

Bakının hansı ərazilərində kanat yolu YARADILACAQ?

Bakının hansı ərazilərində kanat yolu YARADILACAQ?

End of content

No more pages to load

RADİO