Xəbər verdiyimiz kimi aprelin 5-də Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Xələfov Saleh Kamal oğlu təlim atış çalışmaları yerinə yetirilən zaman ona təhkim olunmuş odlu silahdan açılmış atəş nəticəsində ölüb.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, əsgər Saleh Xələfova şəhid statusu veriləcək.
Qeyd edək ki, Quba rayonunun Əlik kəndindən olan S. Xələfov ailənin böyük oğlu idi.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu