Uşağın yanında "pulumuz yoxdur" deməyin - Psixoloq

Uşaqların yanında danışılan mövzular onların düşüncə tərzinə, emosional vəziyyətinə və davranışlarına birbaşa təsir göstərə bilər. Bəzən böyüklərin adi hesab etdiyi söhbətlər belə uşaqlarda qorxu, narahatlıq və ya yanlış təsəvvürlər yarada bilir.

Bəs uşaqların yanında hansı mövzuların müzakirəsindən çəkinmək lazımdır və bunun onların psixologiyasına təsiri nə ola bilər?

Bizim.Media xəbər verir ki, məsələ ilə bağlı psixoloq Elnur Rüstəmov “demokrat.az”a bildirib ki, uşaqların yanında hansı mövzuların danışılmaması məsələsinə qəti qadağalar prizmasından deyil, onların yaş xüsusiyyətləri və emosional hazırlıq səviyyəsi baxımından yanaşmaq daha doğrudur:

"Uşaq ətrafında baş verən hadisələri eşidir, müşahidə edir və özünəməxsus şəkildə mənalandırır. Buna görə də bəzi mövzuların uşağın yanında nəzarətsiz və emosional şəkildə müzakirəsi onun psixoloji sağlamlığına mənfi təsir göstərə bilər. İlk növbədə ailədaxili münaqişələr, boşanma prosesləri, xəyanət, tərəflər arasında ittihamlar və aqressiv mübahisələr uşaqların yanında müzakirə edilməməlidir. Uşaq valideynlərini təhlükəsizlik mənbəyi kimi görür.

Onların arasında davamlı gərginlik müşahidə etdikdə özünü təhlükədə hiss edə, narahatlıq və günahkarlıq yaşaya bilər.

Bəzi uşaqlar hətta valideynlərin problemlərinə görə özlərini məsul hesab etməyə başlayırlar. Maddi çətinliklər, borclar və ailənin iqtisadi problemləri də uşağın yaşına uyğun olmayan formada müzakirə olunmamalıdır.

Əlbəttə, uşağa ailənin maliyyə vəziyyəti barədə müəyyən məlumat vermək mümkündür. Lakin "pulumuz yoxdur”, "evimizi itirəcəyik”, "gələcəyimiz məhv olub” kimi ifadələr uşaqlarda güclü narahatlıq və qeyri-müəyyənlik hissi yarada bilər. Uşağın özünün və ya digər insanların fiziki xüsusiyyətlərini, zəif tərəflərini alçaldan söhbətlərdən də uzaq durmaq lazımdır. Uşaqlar böyüklərin münasibət modelini mənimsəyirlər. Başqalarını təhqir edən, lağa qoyan və ya ayrı-seçkilik yaradan söhbətlər onların dəyər sisteminə mənfi təsir göstərə bilər.

 

Valideynlərin digər ailə üzvləri, müəllimlər və ya yaxın qohumlar haqqında davamlı mənfi danışması da arzuolunan deyil. Uşaq bir tərəfdən həmin insanlarla münasibət qurmağa çalışır, digər tərəfdən isə onlar haqqında neqativ fikirlər eşidir. Bu ziddiyyət onun emosional dünyasında qarışıqlıq yarada bilər.


Cinayət, zorakılıq, qəddarlıq və faciə xarakterli hadisələrin detallı şəkildə müzakirəsi də uşağın yaşına uyğun aparılmalıdır. Xüsusilə kiçik yaşlı uşaqlar belə məlumatları emal etməkdə çətinlik çəkirlər və nəticədə qorxu, kabuslar, yuxu pozuntuları və həyəcan halları yarana bilər. Uşağın özünü qiymətləndirən və şəxsiyyətinə zərbə vuran ifadələr isə ən təhlükəli mövzulardan biridir.

"Səndən adam olmaz”, "qardaşın səndən yaxşıdır”, "sən bacarıqsızsan” kimi cümlələr uşağın özünəinamına ciddi zərər vurur və uzunmüddətli psixoloji izlər buraxa bilər.

Əsas prinsip ondan ibarətdir ki, uşağın yanında aparılan hər bir söhbət onun emosional təhlükəsizliyini qorumağa xidmət etməlidir. Uşaqlar böyüklərin düşündüyündən daha çox eşidir, anlayır və yadda saxlayırlar. Buna görə də valideynlər və böyüklər yalnız uşağa dediklərinə deyil, onun yanında bir-birlərinə dediklərinə də diqqət yetirməlidirlər. Uşağın sağlam psixoloji inkişafı üçün evdə təhlükəsiz, hörmətli və etibarlı ünsiyyət mühiti formalaşdırmaq son dərəcə vacibdir", - deyə o qeyd edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

A Seriyasında ayın ən yaxşısı oldu

A Seriyasında ayın ən yaxşısı oldu

Cəbrayılın işğaldan azad olunmasından 6 il ÖTÜR

Cəbrayılın işğaldan azad olunmasından 6 il ÖTÜR

Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO

Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO

Niyə bəzi qadınlar problemli kişiləri seçir? - “Pis oğlan” seçiminin arxasında dayanan FAKTLAR

Niyə bəzi qadınlar problemli kişiləri seçir? - “Pis oğlan” seçiminin arxasında dayanan FAKTLAR

"Zəif komandalardan asan oyun gözləmək olmaz” - Qurban Qurbanov

"Zəif komandalardan asan oyun gözləmək olmaz” - Qurban Qurbanov

“Rusiya İran-ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” - Medvedev

“Rusiya İran-ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” - Medvedev

Bəxtiyar Əsgərov vəzifəsindən AZAD EDİLDİ

Bəxtiyar Əsgərov vəzifəsindən AZAD EDİLDİ

“Ukrayna Aİ-dən 8 milyard dollar ala bilməyəcək”

“Ukrayna Aİ-dən 8 milyard dollar ala bilməyəcək”

İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi

İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi

Səudiyyə Ərəbistanı Avropadan husilərə qarşı hərbi dəstək İSTƏDİ

Səudiyyə Ərəbistanı Avropadan husilərə qarşı hərbi dəstək İSTƏDİ

Oktyabrda böyük qazanc əldə edəcək 5 BÜRC

Oktyabrda böyük qazanc əldə edəcək 5 BÜRC

Sürücülərin NƏZƏRİNƏ: Bu yollarda gecə hərəkət məhdudlaşdırılacaq

Sürücülərin NƏZƏRİNƏ: Bu yollarda gecə hərəkət məhdudlaşdırılacaq

Ukraynadan Rusiyaya yeni ZƏRBƏ MESAJI: Neft emalı zavodları hədəfdə

Ukraynadan Rusiyaya yeni ZƏRBƏ MESAJI: Neft emalı zavodları hədəfdə

“Turan Tovuz” “Fənərbağça”ya MƏĞLUB OLDU - VİDEO

“Turan Tovuz” “Fənərbağça”ya MƏĞLUB OLDU - VİDEO

Xaçmazda AĞIR QƏZA: 2 yaralı var - FOTO

Xaçmazda AĞIR QƏZA: 2 yaralı var - FOTO

"Toyda oxuyanlar gündə konsert verir, biabırçılıqdır" - VİDEO

"Toyda oxuyanlar gündə konsert verir, biabırçılıqdır" - VİDEO

ABŞ-dan uçan təyyarə itkin düşdü - FOTO/VİDEO

ABŞ-dan uçan təyyarə itkin düşdü - FOTO/VİDEO

Zelenski: “Putin müharibənin dayandırılması üçün daim yeni şərtlər irəli sürür”

Zelenski: “Putin müharibənin dayandırılması üçün daim yeni şərtlər irəli sürür”

“Fənərbağça” hesabı açdı - VİDEO

“Fənərbağça” hesabı açdı - VİDEO

İsrail ordusu “İslami Cihad”ın raket bölməsinin iki komandirini öldürüb

İsrail ordusu “İslami Cihad”ın raket bölməsinin iki komandirini öldürüb

Rabia-dan diplomatik örtüyə: Cihangir İşbilir-in müəmmalı karyerası

Rabia-dan diplomatik örtüyə: Cihangir İşbilir-in müəmmalı karyerası

Şimali Koreyada İXTİRA: Süni intellektli raket sınaqdan keçirildi

Şimali Koreyada İXTİRA: Süni intellektli raket sınaqdan keçirildi

BMT Konqresində Kibercinayətkarlığa qarşı Konvensiyasını ilk ratifikasiya etmiş dövlətlərə söz verilib - Foto

BMT Konqresində Kibercinayətkarlığa qarşı Konvensiyasını ilk ratifikasiya etmiş dövlətlərə söz verilib - Foto

Bakıda OLAY: Kişi diş həkimi üstündə arvadını bıçaqladı

Bakıda OLAY: Kişi diş həkimi üstündə arvadını bıçaqladı

End of content

No more pages to load

RADİO