İngiltərənin mərkəzi hissəsində yerləşən Bedford şəhəri yaxınlığında iki qatar toqquşub.
Bizim.Media xəbər verir ki, bu barədə "The Daily Telegraph" qəzeti məlumat yayıb.
Qəzetin məlumatına görə, hadisə nəticəsində xəsarət alanlar var. Hadisə yerli vaxtla təxminən saat 17:15-də (Bakı vaxtı ilə 20:15) baş verib.
Hər iki qatar Londona, "Sent-Pankras" vağzalına doğru hərəkət edirmiş. Qatarlardan biri Nottingem, ikincisi isə Korbi şəhərindən gəlirmiş. İkinci qatarın, böyük ehtimalla, birinci heyətin quyruq hissəsinə çırpıldığı bildirilir.
Bizim.Media