Böyük Britaniyanın Baş naziri Kir Starmer yaxın həftəsonunda vəzifəsində qalıb-qalmamaqla bağlı qərar qəbul edəcək.
Bizim.Media xəbər verir ki, bu barədə "The Times" qəzeti mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Starmer ictimaiyyət qarşısında baş nazir postunda qalmaq istədiyini bildirsə də, yaxın çevrəsi ilə söhbətlərində hakim Leyboristlər Partiyasının bir çox deputatının onun istefasını istədiyini etiraf edir.
Qəzet yazır ki, hökumət başçısı həyat yoldaşı Viktoriya Starmer və digər ailə üzvləri ilə məsləhətləşdikdən sonra həftəsonu istefa verib-verməyəcəyinə qərar verəcək.
Bizim.Media