Koronavirusa yoluxma ehtimalı olan şəxslərin laborator müayinəsinin həyata keçirilməsi üçün Bakı şəhərinin hər bir rayonu üzrə müvafiq ilkin səhiyyə müəssisələri ayrılıb.
Bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, koronavirus ilə bağlı laborator müayinələr bu virusa yoluxma nəticəsində yarana biləcək simptomlar müşahidə olduğu halda həyata keçirilir.
Qeyd edək ki, mart ayında Nazirlər Kabinetinin qərarı ilə koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2026-cı il 1 iyul saat 06:00-dək uzadılıb.
Günay Şahmar, Bizim.Media