Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldunun bacısı Elma Aveyru dünya çempionatının qrup mərhələsinin ilk turunda Konqo DR ilə heç-heçədən sonra milli komandanın oyununu kəskin tənqid edib.
Bizim.Media “Reuters”ə istinadla xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesablarında paylaşım edib.
Onun sözlərinə görə, qardaşının komanda yoldaşları matçda maksimum dərəcədə pis çıxış ediblər.
"Onlar heç öz ailələrinə hörmət etmirlər, o ki qaldı heç kimə heç nə sübut etməyə ehtiyacı olmayan və orada sırf sevgi üçün olan bir insana hörmət etsinlər, nankor nadanlar", - deyə Aveyru yazıb.
Qeyd edək ki, dünya çempionatının qrup mərhələsinin birinci turunun oyununda Portuqaliya Konqo DR ilə heç-heçə edib. Görüş 1:1 hesabı ilə başa çatıb.
Bizim.Media