Cəlilabad rayonu Dələli kəndində maşın yanıb.
Bizim.Media xəbər verir ki, kənd sakini 1951-ci il təvəllüdlü Qürbətov Savad Əvəz oğluna məxsus “Vaz 2199” markalı 99-BJ-345 dövlət qeydiyyat nişanlı minik avtomobilinin yanar konstruksiyaları alışıb.
Daha sonra alov maşını tam bürüyüb. Yanğında xəsarət alan olmayıb. Fakt üzrə araşdırma aparılır.
Sabutay Nağıyev, Bizim.Media, Cənub bürosu