Ötən gün Quba şəhər icra nümayəndəsi təyin edilən, icra başçısının müavini, icra hakimiyyətinin Sosial-iqtisadi inkişafı və proqnozlaşdırılması şöbəsinin müdiri işləmiş Ruslan Şahbalayevin yerinə təyinat olub.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, Quba Rayon İcra hakimiyyəti başçısı İlqar Mahmudov Quba-Xaçmaz regional Mədəniyyət İdarəsinin rəis müavini işləyən Şahin İsrafilovu özünə müavin təyin edib.
Şahin İsrafilov əvvəllər Xaçmaz Gənclər İdarəsində rəis, Pensiya İdarəsində və Təhsilin regional Maliyyə İdarəsində rəis işləyib.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu