Balakəndə 8 yaşlı uşağı maşın vurub.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Bizim.Media-ya bildirilib ki, aprelin 5-də saat 13 radələrində Balakən rayonunun Şərif kəndində Şamil Horcolov idarə etdiyi “QAZ-24” markalı avtomobil ilə piyada, 2016-cı il təvəllüdlü S.Abdullayevanı vurub.
Azyaşlı aldığı xəsarətlərdən xəstəxanada ölüb. Araşdırma aparılır.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu