Gəncə xanı Cavad xan nəslinin nümayəndəsi Rza Cavadxani vəfat edib.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycanın ABŞ-dakı səfirliyi məlumat yayıb.
Bildirilib ki, Rza Cavadxani uzun müddətdir yaşadığı ABŞ-da dünyasını dəyişib.
Məlumat üçün bildirək ki, mərhumun iki qardaşı ABŞ-da, biri Malayziyada, iki qardaşı və bir bacısı isə İranda yaşayır.

Bizim.Media