Gəncə şəhərində yerləşən dönərxanalardan birində yanğın baş verib.
Bizim.Media qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə şəhərin Şeyx Bahəddin küçəsində qeydə alınıb.
İlkin məlumata görə, ümumi sahəsi 16-kvm olan obyektin 4-kvm yanıb. Hadisə yerinə iki yanğınsöndürən avtomobil cəlb olunub.
Məlumata görə, yanğın söndürülüb.
Faktla bağlı araşdırma aparılır.


Bizim.Media