Moskvaya dron hücumunda yaralanan azərbaycanlıların son durumu – ÖZƏL – FOTO

Xəbər verdiyimiz kimi, iyunun 17-də Moskvanın "Sadovad" ticarət mərkəzinə düşən dron qəlpələri zamanı iki azərbaycanlı yaralanıb.
 

MÖVZU İLƏ BAĞLI: 

Moskvada azərbaycanlıların çalışdığı bazara DRON HÜCUMU – Yaralılar var – ÖZƏL–VİDEO


Onlardan biri - Şəki rayonunun Kiçik Dəhnə kəndindən olan İslam Qabil oğlu Süleymanov həmin gün başına gələnləri Bizim.Media-ya danışıb.

35 yaşlı həmyerlimiz dünən axşam 36 saylı şəhər xəstəxanasından evə buraxıldığını deyib. O, özünün və həmin gün onunla birlikdə yaralanan Elnur Nəbiyevin həyatı üçün təhlükə olmadığını bildirib.

“2013-cü ildən “Sadovad” bazarında işləyirəm. Həmin gün səs eşitdik, pəncərədən baxanda gördük ki, bazar yanır. Mənimlə çalışan Elnurla bazara getdik. Bizi onsuz da içəri buraxmırdılar, dronlar uçurdu. Ona görə də evə qayıtmağa qərar verdik. Çünki qalmağın mənası yox idi. Evə getmək üçün körpüyə çıxmışdıq. Bir anda yanımızda nəsə partladı, güclü səs eşitdik. Gözümüzü açanda yerə yıxılmışdıq, amma özümüzdən getməmişdik, ayıq idik. Özümü toparlayıb qalxanda şərikim Elnurun üst-başının pis vəziyyətdə olduğunu gördüm. Mənim isə üzüm zədələnmişdi, qan axırdı”.
 

İ.Süleymanov əlavə edib ki, onları elə körpüdən maşınlardan biri götürərək polislərin yanına çatdırıb. Bazarın yanındakı polis əməkdaşları təcili yardımla onları xəstəxanaya göndərib. Xəstəxanada müayinə zamanı məlum olub ki, qəlpə qırıqları bədənin müxtəlif nahiyələrini, xüsusən də sinə, qol, çiyin hissələrini zədələyib. Onun üzündə alın hissəsindən qəlpə çıxarılıb, çənədəki qəlpə isə qalıb. Bundan başqa qulaq pərdəsi yırtılıb.


“Çox şükür ki, həyati təhlükəmiz yoxdur. Daxili orqanların heç biri zədələnməyib. Qulağımın pərdəsi 1 ay ərzində düzəlməsə, həkim deyib ki, əməliyyat olunmalıdır. Elnuru isə elə həmin gün buraxdılar. Onun da qolunda sinirə yaxın yerləşdiyinə görə bir qəlpə qalıb, digərləri çıxarılıb”.

Hazırda zərərçəkənlər ev şəraitində müalicələrini davam etdirəcəklər.



Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

A Seriyasında ayın ən yaxşısı oldu

A Seriyasında ayın ən yaxşısı oldu

Cəbrayılın işğaldan azad olunmasından 6 il ÖTÜR

Cəbrayılın işğaldan azad olunmasından 6 il ÖTÜR

Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO

Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO

Niyə bəzi qadınlar problemli kişiləri seçir? - “Pis oğlan” seçiminin arxasında dayanan FAKTLAR

Niyə bəzi qadınlar problemli kişiləri seçir? - “Pis oğlan” seçiminin arxasında dayanan FAKTLAR

"Zəif komandalardan asan oyun gözləmək olmaz” - Qurban Qurbanov

"Zəif komandalardan asan oyun gözləmək olmaz” - Qurban Qurbanov

“Rusiya İran-ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” - Medvedev

“Rusiya İran-ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” - Medvedev

Bəxtiyar Əsgərov vəzifəsindən AZAD EDİLDİ

Bəxtiyar Əsgərov vəzifəsindən AZAD EDİLDİ

“Ukrayna Aİ-dən 8 milyard dollar ala bilməyəcək”

“Ukrayna Aİ-dən 8 milyard dollar ala bilməyəcək”

İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi

İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi

Səudiyyə Ərəbistanı Avropadan husilərə qarşı hərbi dəstək İSTƏDİ

Səudiyyə Ərəbistanı Avropadan husilərə qarşı hərbi dəstək İSTƏDİ

Oktyabrda böyük qazanc əldə edəcək 5 BÜRC

Oktyabrda böyük qazanc əldə edəcək 5 BÜRC

Sürücülərin NƏZƏRİNƏ: Bu yollarda gecə hərəkət məhdudlaşdırılacaq

Sürücülərin NƏZƏRİNƏ: Bu yollarda gecə hərəkət məhdudlaşdırılacaq

Ukraynadan Rusiyaya yeni ZƏRBƏ MESAJI: Neft emalı zavodları hədəfdə

Ukraynadan Rusiyaya yeni ZƏRBƏ MESAJI: Neft emalı zavodları hədəfdə

“Turan Tovuz” “Fənərbağça”ya MƏĞLUB OLDU - VİDEO

“Turan Tovuz” “Fənərbağça”ya MƏĞLUB OLDU - VİDEO

Xaçmazda AĞIR QƏZA: 2 yaralı var - FOTO

Xaçmazda AĞIR QƏZA: 2 yaralı var - FOTO

"Toyda oxuyanlar gündə konsert verir, biabırçılıqdır" - VİDEO

"Toyda oxuyanlar gündə konsert verir, biabırçılıqdır" - VİDEO

ABŞ-dan uçan təyyarə itkin düşdü - FOTO/VİDEO

ABŞ-dan uçan təyyarə itkin düşdü - FOTO/VİDEO

Zelenski: “Putin müharibənin dayandırılması üçün daim yeni şərtlər irəli sürür”

Zelenski: “Putin müharibənin dayandırılması üçün daim yeni şərtlər irəli sürür”

“Fənərbağça” hesabı açdı - VİDEO

“Fənərbağça” hesabı açdı - VİDEO

İsrail ordusu “İslami Cihad”ın raket bölməsinin iki komandirini öldürüb

İsrail ordusu “İslami Cihad”ın raket bölməsinin iki komandirini öldürüb

Rabia-dan diplomatik örtüyə: Cihangir İşbilir-in müəmmalı karyerası

Rabia-dan diplomatik örtüyə: Cihangir İşbilir-in müəmmalı karyerası

Şimali Koreyada İXTİRA: Süni intellektli raket sınaqdan keçirildi

Şimali Koreyada İXTİRA: Süni intellektli raket sınaqdan keçirildi

BMT Konqresində Kibercinayətkarlığa qarşı Konvensiyasını ilk ratifikasiya etmiş dövlətlərə söz verilib - Foto

BMT Konqresində Kibercinayətkarlığa qarşı Konvensiyasını ilk ratifikasiya etmiş dövlətlərə söz verilib - Foto

Bakıda OLAY: Kişi diş həkimi üstündə arvadını bıçaqladı

Bakıda OLAY: Kişi diş həkimi üstündə arvadını bıçaqladı

End of content

No more pages to load

RADİO