ABŞ-nin Nyu-York şəhərində 174 illik tarixi kilsə güclü yanğın nəticəsində tamamilə yanaraq məhv olub.
Bizim.Media xarici KİV-ə istinadla xəbər verir ki, alov qısa müddətdə bütün binanı bürüyüb və yanğın təxminən iki saat ərzində məbədi yararsız hala salıb.
Hadisə zamanı kilsənin qülləsi çöküb. Yanğının söndürülməsinə çoxsaylı yanğınsöndürmə briqadaları cəlb edilib.
İlkin məlumata əsasən, bir yanğınsöndürən yüngül xəsarət alıb. Hadisənin başvermə səbəbləri araşdırılır.
Bizim.Media