Azərbaycan cüdoçusu Hidayət Heydərovun (73 kq) Monqolustanın paytaxtı Ulan-Batorda keçirilən "Böyük Dəbilqə" turnirində iştirak etməməsinin səbəbi bəlli olub.
Bizim.Media xəbər verir ki, bu barədə "Report.az”ın sorğusuna cavab olaraq Azərbaycan Cüdo Federasiyasından bildirilib.
Paris-2024 Yay Olimpiya Oyunlarının qızıl mükafatçısı çəkisini sala bilmədiyi üçün yarışdan kənarda qalıb.
O, daha əvvəl bu ilin fevralında, Özbəkistanın paytaxtı Daşkənddə keçirilmiş "Böyük Dəbilqə" turnirində də eyni halla üzləşib.
Bizim.Media