Orden qalmaqalının TARİXİ KÖKLƏRİ - Polşa və Ukrayna arasında nə BAŞ VERİR?

Məlum olduğu kimi, Polşa prezidenti Karol Navrotski ukraynalı həmkarı Volodimir Zelenskini ölkənin ən ali dövlət mükafatı olan "Ağ Qartal" ordenindən məhrum edib. Bu qərarın verilməsinə səbəb Ukrayna Silahlı Qüvvələrinin bölmələrindən birinə “UPA qəhrəmanları” adının verilməsi olub.

Sözügedən addım ilk baxışdan diplomatik protokol hadisəsi təsiri bağışlaya bilər. Lakin əslində söhbət iki qonşu dövlət arasında uzun illərdir davam edən tarixi mübahisələrin yenidən siyasi gündəmin mərkəzinə çıxmasından gedir.

Yəni, son günlər Varşava ilə Kiyev arasında yaranan gərginlik təsadüfi deyil. Bu, yalnız Ukrayna Silahlı Qüvvələrinin bir bölməsinə Ukrayna Üsyançı Ordusunun (UPA) adının verilməsi ilə də bağlı deyil. Məsələnin kökləri İkinci Dünya müharibəsi dövrünə, Volın hadisələrinə, Polşa milli yaddaşına və iki xalqın fərqli tarix təsəvvürünə dayanır.

Ukraynada qəhrəman, Polşada cinayətkar

1942-ci ildə yaradılan Ukrayna Üsyançı Ordusu Ukraynada uzun illər Sovet hakimiyyətinə qarşı mübarizə aparmış milli müqavimət hərəkatı kimi təqdim edilir. Xüsusilə 2014-cü ildən sonra Rusiyaya qarşı müharibə fonunda UPA və onun liderləri Ukrayna dövlətçiliyinin simvollarından birinə çevrilib.

Lakin Polşada eyni təşkilata tamamilə fərqli münasibət mövcuddur. Varşavanın rəsmi mövqeyinə görə, UPA 1943-1945-ci illərdə Volın və Şərqi Qalisiyada on minlərlə polyakın qətli ilə nəticələnən etnik təmizləmə kampaniyası həyata keçirib. Polşa parlamenti həmin hadisələri soyqırımı kimi tanıyıb. Bu səbəbdən UPA-nın qəhrəmanlaşdırılması Polşa cəmiyyətində həmişə kəskin etiraz doğurur.

Məhz buna görə Zelenskinin Ukrayna ordusunun bölmələrindən birinə "UPA Qəhrəmanları" adının verilməsini təsdiqləməsi Varşavada siyasi qalmaqala çevrildi. Nəticədə Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi barədə qərar qəbul etdi.

Müttəfiqlər niyə uzaqlaşırılar?

2022-ci ildə Rusiyanın genişmiqyaslı işğalından sonra Polşa Ukraynanın ən yaxın tərəfdaşlarından biri idi. Milyonlarla ukraynalı qaçqın qəbul edildi, hərbi və humanitar yardım göstərildi, Kiyevin Avropa strukturlarına inteqrasiyası üçün fəal dəstək verildi.

Lakin zaman keçdikcə Polşada ictimai və siyasi əhval-ruhiyyə dəyişməyə başladı. Ukrayna taxılının Avropa bazarına çıxışı, yerli fermerlərin etirazları, qaçqın məsələsi və tarixi mübahisələr münasibətlərdə yeni çatlar yaratdı. Son aylarda Polşa siyasi elitasında Ukraynaya münasibətdə daha sərt və praqmatik yanaşma güclənib.

İqtisadi maraqlar ön plana keçəndə...

Navrotskinin son açıqlamaları göstərir ki, Varşava artıq münasibətlərə yalnız təhlükəsizlik prizmasından baxmır. Polşa Prezidenti bəyan edib ki, Ukraynanın Avropa İttifaqına üzvlüyü Polşa kənd təsərrüfatı üçün ciddi risk yarada bilər.

Onun fikrincə, Polşa Ukraynanın Avropa inteqrasiyasına anlayışla yanaşsa da, ilk növbədə öz fermerlərinin və kənd təsərrüfatı istehsalçılarının maraqlarını qorumalıdır. Navrotski xüsusilə vurğulayıb ki, Polşa öz kənd təsərrüfatını "ideologiyaya" və ya xaricdən qəbul edilən qərarlara qurban verməməlidir.

Əslində bu mövqe yeni deyil. O, hələ prezident seçilməzdən əvvəl Ukraynanın Aİ-yə sürətlə qəbul edilməsinə qarşı çıxaraq bunun Polşa fermerləri üçün ədalətsiz rəqabət yaradacağını bildirirdi.

Tarixi yaddaşdan geosiyasətə

Polşa-Ukrayna münasibətlərindəki gərginliyin arxasında yalnız tarix dayanmır. Çünki tarix bu gün əsasən geosiyasi və iqtisadi alət kimi istifadə olunur.

Varşava Volın hadisələrinin tanınmasını və polyak qurbanların xatirəsinə hörmət göstərilməsini dövlətlərarası münasibətlərin vacib şərtlərindən biri hesab edir. Kiyev isə UPA-nı milli müqavimət simvolu kimi qorumağa çalışır. Bu ziddiyyət hələlik həll olunmayıb və görünür ki, yaxın perspektivdə də həllini tapmayacaq.

Polşanın Ukraynaya ərazi iddiaları

Dövlət səviyyəsində açıq etiraf edilməsə də, Polşanın Ukraynanın qərb bölgələrinə, xüsusilə Lvov ətrafına ərazi iddialarının olduğu sirr deyil. Belə ki, Polşa siyasi düşüncəsində tarixi "Şərq torpaqları" anlayışı – yəni vaxtilə Polşa dövlətinin tərkibində olmuş Qərbi Ukrayna əraziləri ilə bağlı emosional və tarixi yaddaş elementi mövcuddur.

Bu mövzu zaman-zaman siyasi debatlarda gündəmə gəlsə də, rəsmi dövlət siyasətinə çevrilməyib. Ancaq hələ də bu məsələnin gündəmə gəlməsi cəmiyyətin yaddaşında “tarixi torpaqlar” anlayışının qaldığının  göstəricisidir.

Üstəlik, Volın məsələsi, UPA mübahisələri və tarixi yaddaş ətrafındakı qarşıdurmalar göstərir ki, iki xalq arasında keçmişlə bağlı hesablar tam bağlanmayıb.

Yeni mərhələnin başlanğıcı

Navrotskinin həm Zelenskiyə qarşı sərt addım atması, həm də Ukraynanın Avropa İttifaqına üzvlüyünün Polşa kənd təsərrüfatı üçün təhlükə yaratdığını bəyan etməsi Varşavanın yeni siyasi kursunun göstəricisidir.

Doğrudur, Polşa birdən-birə Ukraynaya dəstəkdən imtina edərək, Rusiyapərəst mövqe tutmayacaq. Çünki onların Rusiyaya qarşı nifrəti, tarixi kini Ukraynadan da böyükdür. Yəni Polşada Rusiyapərəst mövqe tutmaq hər hansı lider üçün siyasi intihar deməkdir.

Ancaq istənilən halda, Polşanın Ukraynaya dəstəyini azaldacağı qaçılmaz görünür. Məhz buna görə son hadisələr təkcə orden qalmaqalı deyil. Bu, Polşa-Ukrayna münasibətlərində tarixi yaddaş, iqtisadi maraqlar və geosiyasi hesablaşmaların toqquşduğu yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər.

Bizim.Media-nın analitik qrupu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Motosiklet 4 yaşlı uşağı vuraraq ÖLDÜRDÜ

Motosiklet 4 yaşlı uşağı vuraraq ÖLDÜRDÜ

Bu işlərdə çalışmaq siqaretdən DAHA ZƏRƏRLİDİR

Bu işlərdə çalışmaq siqaretdən DAHA ZƏRƏRLİDİR

9 yaşında anasının qorxusundan evdən qaçan qız 22 il sonra...

9 yaşında anasının qorxusundan evdən qaçan qız 22 il sonra...

Yalançı adamları necə tanımaq olaq? – 4 QIZIL QAYDA

Yalançı adamları necə tanımaq olaq? – 4 QIZIL QAYDA

Ukraynaya MİLYARDLIQ YARDIM – Rusiyanın pulları hesabına DRON ALACAQLAR

Ukraynaya MİLYARDLIQ YARDIM – Rusiyanın pulları hesabına DRON ALACAQLAR

Azərbaycan vasitəsilə 490 ton buğda Ermənistana göndərildi – VİDEO

Azərbaycan vasitəsilə 490 ton buğda Ermənistana göndərildi – VİDEO

Ötən il aşkarlanan saxta diplomarın SAYI AÇIQLANDI

Ötən il aşkarlanan saxta diplomarın SAYI AÇIQLANDI

Rəqəmsal sektorda yeni mərhələ - İT xidmətləri UCUZLAŞACAQ?

Rəqəmsal sektorda yeni mərhələ - İT xidmətləri UCUZLAŞACAQ?

Açıq havada istirahət edənlərin DİQQƏTİNƏ – Ölümcül mikroblar ola bilər

Açıq havada istirahət edənlərin DİQQƏTİNƏ – Ölümcül mikroblar ola bilər

Hidayət Heydərovun "Böyük Dəbilqə" turnirində iştirak etməməsinin SƏBƏBİ AÇIQLANDI

Hidayət Heydərovun "Böyük Dəbilqə" turnirində iştirak etməməsinin SƏBƏBİ AÇIQLANDI

Ən qərarsız BÜRCLƏR – Onlar üçün seçim etmək işgəncədir...

Ən qərarsız BÜRCLƏR – Onlar üçün seçim etmək işgəncədir...

Astarada AĞIR QƏZA – Ölən və yaralılar var

Astarada AĞIR QƏZA – Ölən və yaralılar var

Polşadan SƏRT MESAJ: “Rusiya ilə danışıqlarda iştirak etməsək, nəticələri tanımayacağıq” – VİDEO

Polşadan SƏRT MESAJ: “Rusiya ilə danışıqlarda iştirak etməsək, nəticələri tanımayacağıq” – VİDEO

Hamilə qadınların yayda ən çox verdiyi sual: Hovuza girmək olarmı?

Hamilə qadınların yayda ən çox verdiyi sual: Hovuza girmək olarmı?

Orden qalmaqalının TARİXİ KÖKLƏRİ - Polşa və Ukrayna arasında nə BAŞ VERİR?

Orden qalmaqalının TARİXİ KÖKLƏRİ - Polşa və Ukrayna arasında nə BAŞ VERİR?

174 illik kilsə yanaraq külə döndü – VİDEO

174 illik kilsə yanaraq külə döndü – VİDEO

1700 turistin olduğu hoteldə yanğın– VİDEO

1700 turistin olduğu hoteldə yanğın– VİDEO

15 həftəlik savaşın RƏQƏMLƏRLƏ İFADƏSİ – Hansı ölkə daha çox ZƏRƏR GÖRDÜ?

15 həftəlik savaşın RƏQƏMLƏRLƏ İFADƏSİ – Hansı ölkə daha çox ZƏRƏR GÖRDÜ?

Azərbaycan vasitəsilə Ermənistana daha 7 vaqon buğda GÖNDƏRİLƏCƏK

Azərbaycan vasitəsilə Ermənistana daha 7 vaqon buğda GÖNDƏRİLƏCƏK

Bakıda yanğın təhlükəli obyektin fəaliyyəti dayandırıldı – VİDEO

Bakıda yanğın təhlükəli obyektin fəaliyyəti dayandırıldı – VİDEO

İt və ya pişiklə bir yerdə yatanlar DİQQƏTLİ OLSUN

İt və ya pişiklə bir yerdə yatanlar DİQQƏTLİ OLSUN

Kredit götürmək istəyənlərə ŞAD XƏBƏR

Kredit götürmək istəyənlərə ŞAD XƏBƏR

Türk dövlətlərinin ali məhkəmələri Vahid Məlumat Platforması yaradacaq – FOTO

Türk dövlətlərinin ali məhkəmələri Vahid Məlumat Platforması yaradacaq – FOTO

"Minimum bal toplamayan müəllimlərin işdən çıxarılması ədalətli qərardır" - VİDEO

"Minimum bal toplamayan müəllimlərin işdən çıxarılması ədalətli qərardır" - VİDEO

End of content

No more pages to load

RADİO