Cəlilabad rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Bizim.Media-nın Cənub bürosunun məlumatına görə, hadisə Cəlilabad şəhəri ərazisində qeydə alınıb.
Belə ki, "Toyota Prius" markalı minik avtomobili VAZ 2106 markalı minik avtomobili ilə toqquşub, nəticədə iki qadın xəsarət alıb.
Yaralılar hazırda rayon xəstəxanasındadırlar.
Faktla bağlı araşdırma aparılır.
Sabutay Nağıyev, Bizim.Media, Cənub bürosu.