Gəncədə yanan maşının anidən özü alınmadığı və yandırıldığı məlum olub.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, maşının sahibi, 1968-ci il təvəllüdlü, Rusiya Federasiyası vətəndaşı olan F. Ələsgərov avtomobilinin kürəkəni tərəfindən yandırıldığını iddia edib.
Onun bunu hansı səbəbdən etdiyi hələlik məlum deyil.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Araşdırma davam etdirilir.
*** 21:46
Gəncədə avtomobilin alışması nəticəsində yanğın hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, şəhərin Yeni Gəncə yaşayış massivində yaşayış binalarından birinin qarşısında "VAZ " markalı minik avtomobili anidən alışıb.
Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən briqadası cəlb olunub.
Yanğın söndürülüb, avtomobilin qalan hissəsi yanğından mühafizə edilib.
Hadisənin başvermə səbəbləri araşdırılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu