Gəncədə iki avtomobilin toqquşması xəsarətlə nəticələnib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, yol-nəqliyyat hadisəsi şəhərin Totanlı küçəsi adlanan ərazisində baş verib.
Hərəkətdə olan “Mersedes” və VAZ markalı minik avtomobillərinin toqquşması nəticəsində 1979-cu il təvəllüdlü Nazim Hüseynov və onun oğlu, 2006-cı il təvəllüdlü Göyüş Hüseynov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Zərərçəkənlər xəstəxanaya çatdırılıblar, onlara ilkin tibbi yardım göstərilib. Vəziyyətlərinin orta ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu