Xudafərin-Qubadlı-Laçın avtomobil yolunda 7 tunel inşa edilir - FOTO/VİDEO

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində dövlətimizin başçısının tapşırığı ilə icra olunan və işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən biri olan Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun tikintisi sürətlə davam etdirilir.

Bizim.Media xəbər verir ki, başlanğıcını Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun Xudafərin su anbarı yaxınlığından keçən hissəsindən götürən Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun uzunluğu 56.4 km təşkil edir. Sözügedən yolun Xanlıq yaşayış məntəqəsindən ayrılaraq Qubadlı şəhərinə qədər uzunluğu 14 km olan yeni avtomobil yolunun da inşası icra olunur. Yolların ümumi uzunluğu isə 70.4 km-dir.

Xudafərin-Qubadlı-Laçın avtomobil yolu 4 hərəkət zolaqlı olmaqla, 0-46.2 km-lik hissəsi I, 46.2-56.4 km-lik hissəsi isə II texniki dərəcəyə uyğun olaraq inşa olunur. Hazırda yolun genişləndirilərək profilə salınması və 21.5 metr enində yeni torpaq yatağının inşası həyata keçirilir. Yolun layihə üzrə hərəkət hissəsinin eni 16.5 metr təşkil edəcək.
Tikinti işləri çərçivəsində Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun 20.4-56.4 km-lik hissəsində torpaq yatağı işləri davam etdirilir. Yol yatağı hazır olan 20.4 km-lik hissədə yol əsasının tikintisi işləri yekunlaşdırılıb və asfalt-beton örtüyünün döşənməsi işləri icra olunub.

Yolun Xanlıq istiqamətində olan 14 km-lik hissəsində torpaq işləri, boru və keçidlərin, körpülərin, istinad divarlarının tikintisi, topoqrafiya və layihələndirmə işlərinin icrası davam edir. Sözügedən yolun ilk 11 km-lik hissəsi I, 11-14 km-lik hissəsi isə III texniki dərəcəyə uyğun tikilir.

Yeni inşa edilən yol boyunca layihəyə uyğun suların ötürülməsini təmin etmək məqsədilə dairəvi borular və düzbucaqlı su keçidləri, həmçinin əsas yolun 10, 22, 32 və 43-cü km-də, yanaşma yolun 35-ci km-də, həmçinin Qubadlı şəhərinə gedən avtomobil yolunun 1-ci km-də layihə üzrə nəzərdə tutulan körpülərin inşası aparılır. Körpülər üzrə artıq 42.5% işlərin icrası yekunlaşıb. Bundan başqa Xanlıq-Qubadlı yolu ilə kəsişmədə müxtəlif səviyyəli yol qovşağının tikintisi işləri də davam etdirilir.

Artıq layihə üzrə 81 dairəvi, 32 düzbucaqlı boru və 12 yeraltı keçid tikilib, 4796 metr istinad divarı da inşa olunub.

Layihə üzrə ümumi uzunluğu 2357 m-lik 7 ədəd tunelin inşası da nəzərdə tutulur. Hazırda T-1 tunelinin giriş və çıxış portalında qazma işləri bitib ve betonlanma işləri görülür. T-2 tunelərində qazma və qrunt bərkitmə işləri gedir, T-3 girişi portal çalışmaları davam edir.

Layihə üzrə 503.8 min kub.metr ərazidə bitki qatının çıxarılması, 6.9 milyon kub.metr həcmində qazma işləri aparılib, 3.2 milyon kub.metr həcmində isə dolğu işləri icra olunub.

Yeni avtomobil yolunun inşası tərtib olunmuş qrafikə uyğun və texnoloji ardıcıllığa riayət olunmaqla həyata keçirilir. Tikinti işlərinin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda işçi qüvvəsi və texnika cəlb olunub.
Zəngilan, Qubadlı və Laçın rayonlarının ərazisindən keçən bu avtomobil yolu Qubadlı və Laçın şəhərləri də daxil olmaqla, sözügedən rayonların 30-dan artıq yaşayış məntəqəsini əhatə edir

 




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ömürlük məhbus məhkəmə vasitəsilə milyonlarla təzminat almağa çalışır

Ömürlük məhbus məhkəmə vasitəsilə milyonlarla təzminat almağa çalışır

Kanalda batan 26 yaşlı gəncin meyiti tapıldı

Kanalda batan 26 yaşlı gəncin meyiti tapıldı

Regionlarda intensiv yağış yağıb, Bakıda və Abşeronda külək əsir - FAKTİKİ HAVA

Regionlarda intensiv yağış yağıb, Bakıda və Abşeronda külək əsir - FAKTİKİ HAVA

Gənclər niyə regionlara qayıtmaq istəmirlər?

Gənclər niyə regionlara qayıtmaq istəmirlər?

Sakinləri cana yığan uğultunun sirri açıldı

Sakinləri cana yığan uğultunun sirri açıldı

Rza Pəhləvinin İranda silahlı mübarizə üçün ordu yaratmaq ideyası lağa qoyuldu

Rza Pəhləvinin İranda silahlı mübarizə üçün ordu yaratmaq ideyası lağa qoyuldu

Qəbələdəki ölümcül qəzanın TƏFƏRRÜATI

Qəbələdəki ölümcül qəzanın TƏFƏRRÜATI

İran müharibəsi Tramp və Netanyahunu necə birləşdirdi və necə ayırdı?

İran müharibəsi Tramp və Netanyahunu necə birləşdirdi və necə ayırdı?

DÇ-2026: Yaponiya Tunisi darmadağın etdi - VİDEO

DÇ-2026: Yaponiya Tunisi darmadağın etdi - VİDEO

Yeni BMW i3: Bir şarjla 900 km-dən çox məsafə qət edir

Yeni BMW i3: Bir şarjla 900 km-dən çox məsafə qət edir

Pikassonun on milyonlarla avro dəyərində olan tablosu tapıldı

Pikassonun on milyonlarla avro dəyərində olan tablosu tapıldı

ABŞ-ın "futbol paytaxtı"nda atışma: 1 ölü, 5 yaralı var

ABŞ-ın "futbol paytaxtı"nda atışma: 1 ölü, 5 yaralı var

Kir Starmer bu tarixdə istefa verəcək?

Kir Starmer bu tarixdə istefa verəcək?

Kosmetologiyada uğurlu nəticə - Həkimdən, yoxsa preparatdan asılıdır?

Kosmetologiyada uğurlu nəticə - Həkimdən, yoxsa preparatdan asılıdır?

Alimlər Okeaniya sakinlərində minlərlə aktiv denisov geni tapıblar

Alimlər Okeaniya sakinlərində minlərlə aktiv denisov geni tapıblar

ABŞ-ın vitse-prezidenti İsveçrəyə yola düşdü - İranla danışıqlar aparacaq

ABŞ-ın vitse-prezidenti İsveçrəyə yola düşdü - İranla danışıqlar aparacaq

XVII əsrə aid əfsanəvi bağ bərpa edildi

XVII əsrə aid əfsanəvi bağ bərpa edildi

Kriştiano Ronaldonun sevgilisi bu jurnalın üz qabığında - FOTO

Kriştiano Ronaldonun sevgilisi bu jurnalın üz qabığında - FOTO

Alimlər İsa peyğəmbərin yaşadığına dair yeni sübutlar tapıblar

Alimlər İsa peyğəmbərin yaşadığına dair yeni sübutlar tapıblar

Trampın nazirləri niyə kütləvi şəkildə kələm turşusuna keçiblər?

Trampın nazirləri niyə kütləvi şəkildə kələm turşusuna keçiblər?

Gəncədə evdən meyit tapıldı

Gəncədə evdən meyit tapıldı

TikTok-da yayılan yeni "qəribə" TREND

TikTok-da yayılan yeni "qəribə" TREND

Dünyanın ilk Süni İntellekt rəsm muzeyi açıldı: Bu, həqiqi sənətdir?

Dünyanın ilk Süni İntellekt rəsm muzeyi açıldı: Bu, həqiqi sənətdir?

Abbasqulu ağa Bakıxanovun anadan olmasından 232 il ötür

Abbasqulu ağa Bakıxanovun anadan olmasından 232 il ötür

End of content

No more pages to load

RADİO