Neftçalada dəm qazı 54 yaşlı kişinin həyatına son qoyub.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə rayonun Qaçaqkənd kəndində baş verib.
Belə ki, 1970-ci il təvəllüdlü Məmmədov Elçin Kərim oğlu ona məxsus fərdi yaşayış evinin hamam otağında huşsuz vəziyyətdə tapılıb. Həyat yoldaşı tərəfindən hamam otağında aşkar edilən şəxs təcili yardım vasitəsi ilə kənd xəstəxanasına dahasonra isə Salyan Mərkəzi Xəstəxanasına çatdırılsada onun ilkin diaqnozla dəm qazından zəhərləndiyi və vəfat etdiyi qeydə alınıb.
Həyat yoldaşının sözlərinə görə Elçin Məmmədov həkim qəbuluna gedəcəyi üçün səhər saatlarında yuyunmaq üçün hamam otağına keçibmiş.
Qeyd edək ki, mərhum kənd təsərrüfatı ilə məşğul olurmuş və iki övladı var. Baş verən hadisə ilə bağlı müvafiq orqanlar tərəfindən araşdırmalar aparılır.


Bizim.Media, Cənub bürosu