Şamaxıdakı palçıq vulkanı yenə PÜSKÜRDÜ  

AMEA nəzdində RSXM-nin palçıq vulkanlarının seysmik monitorinq şəbəkəsi “Məlikçobanlı” palçıq vulkanının püskürməsini qeydə alıb.

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin palçıq vulkanlarının seysmik monitorinq şəbəkəsi 2024-cü il martın 8-də Şamaxı rayonunun Məlikçobanlı kəndində “Məlikçobanlı” palçıq vulkanının növbəti - 5-ci püskürməsini qeydə alıb.  

Bu barədə Bizim.Media-ya Seysmoloji Xidmət Mərkəzindən bildirilib. Püskürmə yerli vaxtla saat 18:09-da başlayıb və 3 dəq davam edib. Palçıq vulkanının zəif və səthi püskürməsi səbəbindən püskürmə iki -“Zərnava” və “Qobustan” rəqəmsal stansiyasında qeydə alınıb. Yer qatından çıxan palçıq 1 hektar əraziyə yayılıb.

Xatırladaq ki, bu vulkanın püskürməsi əvvəlki 1926, 1967, 1977, 2019-cu illərdə də  müşahidə olunub. Bu vulkan həm seysmik və tektonik cəhətdən ən aktiv zonalardan birində yerləşir və buna görə də burada təkrar passiv püskürmələr müşahidə oluna bilər. Bir neçə gün öncə Şamaxıda zəif yeraltı təkanlar qeydə alınıb. Tektonik hərəkətlər prosesində Yer qabığında sıxılma və gərilmə gərginliklərin variasiyaları müşahidə olunur ki, bu da palçıq vulkanlarının aktivləşməsinə təsir göstərə bilər. Martın 8-də baş vermiş püskürmə zəif olaraq xarakterizə olunur və heç bir fəlakətli nəticələrə səbəb ola bilməz.

Qeyd edək ki, 2019-cu il 5 fevral tarixində İsmayıllı rayonunda maqnitudası ml=5.2 olan güclü hiss olunan zəlzələ baş verib. Həmin zəlzələdən sonra Şamaxı-İsmayıllı ərazisində 10 gün ərzində maqnitudası ml≥3.0 olan afterşoklar qeydə alınıb. Həmin zəlzələdən sonra Şamaxı rayonu, Quşçu kəndi ərazisində yerləşən “Quşçu” palçıq vulkanının aktivləşməsi qeydə alınıb.
2019-cu il 27 may tarixində yerli vaxtla 16:33-də Şamaxı rayonunda yerləşən Məlikçobanlı palçıq vulkanı püskürüb. Püskürmə nəticəsində kraterin hündürlüyü 10-15 metrə qədər qalxıb və yer qatından çıxan palçıq 2 hektar əraziyə yayılıb. Vulkanın təsirindən əraziyə yaxın torpaqlarda qabarma və çatlar əmələ gəlib. Evlərə və təsərrüfata ziyan dəyməyib.

Rəqamsal stansiyaların məlumatları əsasında Məlikçobanlı palçıq vulkanlarının ocağın dərinliyi 5 km, püskürməyin davamlılığı 1 dəq, ayrılan enerjisi isə 3.4*106 Coul təyin edilib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ömürlük məhbus məhkəmə vasitəsilə milyonlarla təzminat almağa çalışır

Ömürlük məhbus məhkəmə vasitəsilə milyonlarla təzminat almağa çalışır

Kanalda batan 26 yaşlı gəncin meyiti tapıldı

Kanalda batan 26 yaşlı gəncin meyiti tapıldı

Regionlarda intensiv yağış yağıb, Bakıda və Abşeronda külək əsir - FAKTİKİ HAVA

Regionlarda intensiv yağış yağıb, Bakıda və Abşeronda külək əsir - FAKTİKİ HAVA

Gənclər niyə regionlara qayıtmaq istəmirlər?

Gənclər niyə regionlara qayıtmaq istəmirlər?

Sakinləri cana yığan uğultunun sirri açıldı

Sakinləri cana yığan uğultunun sirri açıldı

Rza Pəhləvinin İranda silahlı mübarizə üçün ordu yaratmaq ideyası lağa qoyuldu

Rza Pəhləvinin İranda silahlı mübarizə üçün ordu yaratmaq ideyası lağa qoyuldu

Qəbələdəki ölümcül qəzanın TƏFƏRRÜATI

Qəbələdəki ölümcül qəzanın TƏFƏRRÜATI

İran müharibəsi Tramp və Netanyahunu necə birləşdirdi və necə ayırdı?

İran müharibəsi Tramp və Netanyahunu necə birləşdirdi və necə ayırdı?

DÇ-2026: Yaponiya Tunisi darmadağın etdi - VİDEO

DÇ-2026: Yaponiya Tunisi darmadağın etdi - VİDEO

Yeni BMW i3: Bir şarjla 900 km-dən çox məsafə qət edir

Yeni BMW i3: Bir şarjla 900 km-dən çox məsafə qət edir

Pikassonun on milyonlarla avro dəyərində olan tablosu tapıldı

Pikassonun on milyonlarla avro dəyərində olan tablosu tapıldı

ABŞ-ın "futbol paytaxtı"nda atışma: 1 ölü, 5 yaralı var

ABŞ-ın "futbol paytaxtı"nda atışma: 1 ölü, 5 yaralı var

Kir Starmer bu tarixdə istefa verəcək?

Kir Starmer bu tarixdə istefa verəcək?

Kosmetologiyada uğurlu nəticə - Həkimdən, yoxsa preparatdan asılıdır?

Kosmetologiyada uğurlu nəticə - Həkimdən, yoxsa preparatdan asılıdır?

Alimlər Okeaniya sakinlərində minlərlə aktiv denisov geni tapıblar

Alimlər Okeaniya sakinlərində minlərlə aktiv denisov geni tapıblar

ABŞ-ın vitse-prezidenti İsveçrəyə yola düşdü - İranla danışıqlar aparacaq

ABŞ-ın vitse-prezidenti İsveçrəyə yola düşdü - İranla danışıqlar aparacaq

XVII əsrə aid əfsanəvi bağ bərpa edildi

XVII əsrə aid əfsanəvi bağ bərpa edildi

Kriştiano Ronaldonun sevgilisi bu jurnalın üz qabığında - FOTO

Kriştiano Ronaldonun sevgilisi bu jurnalın üz qabığında - FOTO

Alimlər İsa peyğəmbərin yaşadığına dair yeni sübutlar tapıblar

Alimlər İsa peyğəmbərin yaşadığına dair yeni sübutlar tapıblar

Trampın nazirləri niyə kütləvi şəkildə kələm turşusuna keçiblər?

Trampın nazirləri niyə kütləvi şəkildə kələm turşusuna keçiblər?

Gəncədə evdən meyit tapıldı

Gəncədə evdən meyit tapıldı

TikTok-da yayılan yeni "qəribə" TREND

TikTok-da yayılan yeni "qəribə" TREND

Dünyanın ilk Süni İntellekt rəsm muzeyi açıldı: Bu, həqiqi sənətdir?

Dünyanın ilk Süni İntellekt rəsm muzeyi açıldı: Bu, həqiqi sənətdir?

Abbasqulu ağa Bakıxanovun anadan olmasından 232 il ötür

Abbasqulu ağa Bakıxanovun anadan olmasından 232 il ötür

End of content

No more pages to load

RADİO