Şəkidə odun peçini söndürmədən evdən çıxan ev sahibi geri dönəndə evini alovlar içində görüb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, yanğın hadisəsi rayonun Kiçik Dəhnə kəndində qeydə alınıb.
Kənd sakini Əflatun Talıbova məxsus 2 otaqdan ibarət evdə baş verən yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb edilib. Yanğın nəticəsində evin yanar konstruksiyaları və evə bitişik talvarın yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub. Faktla bağlı araşdırma aparılır.


Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu