Bu gün səhər saatlarında Bakı metrosunda qatarların hərəkətində fasilə yaranıb.
Bizim.Media xəbər verir ki, “İnşaatçılar” metrostansiyasından “28 May” metrostansiyasına qədər qatarın hərəkətində müəyyən fasilələr yaranıb.
Belə ki, qatar bir neçə dəfə qısamüddətli olaraq tuneldə dayanıb.
“Bakı Metropoliteni”nin mətbuat katibi Bəxtiyar Məmmədov məsələ ilə bağlı Bizim.Media-nın sorğusuna cavab olaraq bildirib ki, hər hansı təşvişə səbəb olacaq problem olmayıb:
“Bayramqabağı sərnişinlərin qapıları tutub saxlaması kimi müəyyən hallar olursa, qatarların hər bir stansiyada təyin olunmuş vaxtdan əlavə 15-30 saniyə yubanması halı olur. Əvvəlki qatar isə stansiyadan çıxmalıdır ki, arxadakı daxil ola bilsin. Bu kimi hallar bu gün olub. Lakin hər hansı təşviş yaradacaq və ya texniki problem olmayıb”.
Nuranə Daxilqızı, Bizim.Media