Gəncədə xəsarətlə nəticələnən yol-nəqliyyat qəzası baş verib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, şəhərin Yeni Gəncə yaşayış massivində hərəkətdə olan xarici markalı avtomobil ilə skuter toqquşub.
Hadisə nəticəsində skuteri idarə edən 2007-ci il təvəllüdlü İ. Süleymanov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Ona ilkin tibbi yardım göstərilib, vəziyyətinin orta-ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu