Bu gün Ramazan ayı başlayır

Bu gün müsəlmanların mübarək Ramazan ayı başlayır.

Bizim.Media xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurasının fərtvasına görə, bu il Ramazan ayının 1-i miladi təqvimlə mart ayının 11-nə təsadüf edir.

Ramazanın gəlişi xalqımız üçün bu il də çox əlamətdardır. Çünki bu mübarək ayı Vətən müharibəsində əldə etdiyimiz şanlı Zəfərin sevinci ilə yanaşı, separatçı rejimin süqutu - müqəddəs Bayrağımızın Xankəndidə dalğalanması qüruru ilə qarşılayırıq. Müstəqillik tariximizdə ilk dəfə ərazi bütövlüyünü və suverenliyini tam təmin etmiş ölkəmizdə keçirilən növbədənkənar prezident seçkilərində qalib Xalq - qalib Lider seçiminin qələbə sevinci bu Ramazanda xeyir-dualarla yad ediləcək.

Hər il olduğu kimi, bu il də Qafqaz Müsəlmanları İdarəsi mübarək Ramazan ayının gündəlik duaları, imsak-iftar vaxtlarını əks etdirən xüsusi təqvim tərtib edib. Bu təqvim İdarənin internet saytında (www.qafqazislam.com) yerləşdirilib. Digər mənbələrdən daxil olmuş, təfriqə xarakterli, məzhəb və vaxt ayrı-seçkiliyinə səbəb ola biləcək təqvimlərin din xadimləri və dindarlarımız tərəfindən istifadəsi qeyri-məqbuldur. Bütün kütləvi informasiya vasitələrinin məhz QMİ-nin təqviminə istinad etmələri tövsiyə olunur.
İslamın təməl prinsiplərindən olan oruc ibadəti insanı təkəbbür və şöhrətpərəstlikdən uzaqlaşdıran, insanlar arasında birliyi, qardaşlığı, haqqı və ədaləti bərqərar edən, bəşər övladını iman və təqvaya yaxınlaşdıran ibadətdir. Oruc ibadəti insanın haramlardan qorunması üçün bir imtahandır, Allahın insana bəxş etdiyi iradəni gücləndirən, səbri və dəyanəti bütünləşdirən, arzu, ehtiras və nəfsin önünə qalxan kimi sədd çəkən vasitədir. QMİ-nin Qazılar Şurasının fətvasında bildirilir ki, Ramazanda Quran oxumaq, elm-irfan və ibadətlə məşğul olmaq, iftar süfrələri açmaq, xeyriyyəçilik etmək, ehtiyaclı şəxslərə, kimsəsizlərə, uşaq evlərinə, ahıl və qocalara köməklik göstərmək, valideynlərin qayğısına qalmaq, dünyasını dəyişənlərin ruhlarını yad etmək İlahi məqamda bəyənilən əməllərdəndir və savabdır. Tövsiyə edilir ki, duaların qəbul olunduğu bu mübarək günlərdə torpaqlarımız, Vətənimiz uğrunda canlarını fəda edən qəhrəman şəhidlərimizin xatirəsi yad edilsin, ruhlarına dualar oxunsun, şəhid və qazi ailələrinə qayğı və diqqət göstərilsin.

Qazılar Şurası din xadimlərimizin və yerlərdəki imamlarımızın nəzərinə çatdırır ki, Ramazanın vacibatları, qayda və qadağaları, müstəhəb əməlləri barədə dindarlara ətraflı şəkildə məlumatlar və şərhlər verilsin. Fətvada xüsusi olaraq din xadimlərimizə bir daha xatırladılır ki, iftardan öncə məclislərdə ehsan verilməsi qəti qadağandır, çünki Allahın hökmü, Peyğəmbərin əmri ilə ehsan adı ilə iftardan əvvəl süfrə açılması şəri baxımdan haram əməldir.



Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İstanbulda qaydanı pozan taksi sürücüləri dronlarla İZLƏNƏCƏK

İstanbulda qaydanı pozan taksi sürücüləri dronlarla İZLƏNƏCƏK

Masazırda motosiklet sürücülərinə qarşı reyd - 45 nəfər SAXLANILDI

Masazırda motosiklet sürücülərinə qarşı reyd - 45 nəfər SAXLANILDI

İsveçrədə ABŞ və İran arasında yüksək səviyyəli danışıqlar başladı - FOTO - VİDEO

İsveçrədə ABŞ və İran arasında yüksək səviyyəli danışıqlar başladı - FOTO - VİDEO

Uşakov: "Rusiya razılaşmaların icrasını yox, qələbə gözləyir"

Uşakov: "Rusiya razılaşmaların icrasını yox, qələbə gözləyir"

Kerç bərə keçidinin fəaliyyəti tamamilə dayandırıldı - Ukrayrna PUA-sının FƏSADLARI

Kerç bərə keçidinin fəaliyyəti tamamilə dayandırıldı - Ukrayrna PUA-sının FƏSADLARI

Dəhşətli hadisə: Sərxoş oğlan uşaq düşərgəsinə hücum edərək 13 məktəblini yaraladı

Dəhşətli hadisə: Sərxoş oğlan uşaq düşərgəsinə hücum edərək 13 məktəblini yaraladı

Futbolçuların məşhur xanımları: Corcina Rodriqes

Futbolçuların məşhur xanımları: Corcina Rodriqes

ABŞ blokadasının ləğvindən sonra ilk nəhəng konteyner gəmisi İrana daxil oldu

ABŞ blokadasının ləğvindən sonra ilk nəhəng konteyner gəmisi İrana daxil oldu

Rusiyada helikopter radarlardan itdi

Rusiyada helikopter radarlardan itdi

Böyük Vətən Müharibəsinin başlamasından 85 il ötür: milyonların yaddaşında yaşayan səssiz tarix

Böyük Vətən Müharibəsinin başlamasından 85 il ötür: milyonların yaddaşında yaşayan səssiz tarix

İranın İsfahan əyalətində iğtişaşlarla bağlı 4 mindən çox cinayət işi açılıb

İranın İsfahan əyalətində iğtişaşlarla bağlı 4 mindən çox cinayət işi açılıb

Krım sakinlərinə çağırış: "Kondisionerləri və artıq elektrik cihazlarını söndürün"

Krım sakinlərinə çağırış: "Kondisionerləri və artıq elektrik cihazlarını söndürün"

Livanda sülh olmadan İran ABŞ ilə növbəti mərhələyə keçməyəcək

Livanda sülh olmadan İran ABŞ ilə növbəti mərhələyə keçməyəcək

Qırğızıstanda sel fəlakəti: "Beş-Taş" milli parkından 50 nəfər təxliyə edildi - VİDEO

Qırğızıstanda sel fəlakəti: "Beş-Taş" milli parkından 50 nəfər təxliyə edildi - VİDEO

“Qarabağ” Bədavi Hüseynovla yeni müqavilə imzaladı

“Qarabağ” Bədavi Hüseynovla yeni müqavilə imzaladı

İsrail ordusu HƏMAS şəbəkəsini ifşa etdi - VİDEO

İsrail ordusu HƏMAS şəbəkəsini ifşa etdi - VİDEO

Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi AÇIQLANDI

Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi AÇIQLANDI

Braziliyada milyonlarla sakinə "yadplanetlilərin hücumu" barədə saxta xəbərdarlıq göndərildi

Braziliyada milyonlarla sakinə "yadplanetlilərin hücumu" barədə saxta xəbərdarlıq göndərildi

Los-Ancelesdə anbar yanır: Şəhərdə fövqəladə vəziyyət elan olundu - VİDEO

Los-Ancelesdə anbar yanır: Şəhərdə fövqəladə vəziyyət elan olundu - VİDEO

Qahirədə Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı və Misir XİN rəhbərləri bir arada - FOTO

Qahirədə Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı və Misir XİN rəhbərləri bir arada - FOTO

Cənubi Koreya dünyanın ən böyük silah ixracatçıları sırasına daxil oldu

Cənubi Koreya dünyanın ən böyük silah ixracatçıları sırasına daxil oldu

"Al Jazeera"nın fotoqrafı HƏMAS döyüşçüsü çıxdı: İsrail ordusu snayperi məhv etdi

"Al Jazeera"nın fotoqrafı HƏMAS döyüşçüsü çıxdı: İsrail ordusu snayperi məhv etdi

Şahbaz Şərif İsveçrədə Venslə görüşdü - VİDEO

Şahbaz Şərif İsveçrədə Venslə görüşdü - VİDEO

İran millisi DÇ-2026-nın oyununa cəmi bir sutka qalmış ABŞ-a gəldi

İran millisi DÇ-2026-nın oyununa cəmi bir sutka qalmış ABŞ-a gəldi

End of content

No more pages to load

RADİO