Cəlilabad rayonunda yol qəzası baş verib.
Bizim.Media xəbər verir ki, hadisə rayonun Şiləvəngə kəndi ərazisində qeydə alınıb.
Belə ki, idarəetməni itirən “Mercedes” markalı minik avtomobili yolun kənarında elektrik dirəyinə çırpılıb.
Nəticədə dirək zədələnib, elektrik naqilləri qırılıb və yolun hərəkət hissəsinə tökülüb.
Qəza zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media