Ağsuda avtomobil qəzası baş verib.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayonun Kalva kəndindən keçən hissəsində Ağsu çay ərazisində qeydə alınıb.
Qəza nəticəsində 40 yaşlı Nəbiyev Agaməlik Nəbi oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şamaxı rayon mərkəzi xəstəxanasına çatdırılıb.
Avtomobildə olan digər şəxsin vəziyyətinin isə qənaətbəxş olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media, Aran bürosu