“Fransada müsəlmanlara qarşı siyasətlər: İslamofobiyanın normallaşdırılması” mövzusunda sessiya keçirilib - FOTO

Bakıda keçirilən “Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə” mövzusunda beynəlxalq konfransın ikinci günündə aralıq sessiyalar təşkil olunub.

Bizim.Media xəbər verir ki, Fransanın “Musulmans en France” xəbər portalının təsisçisi və baş redaktoru Jan-Mişel Brönün moderatorluğu ilə keçən “Fransada müsəlmanlara qarşı siyasətlər: İslamofobiyanın normallaşdırılması” mövzusunda sessiyada çıxış edən müstəqil tədqiqatçı və publisist Rolan Öjen Lafit (Roland Eugene Laffitte) deyib ki, Fransada müsəlmanlığı siyasi anlayış kimi təlqin edirlər. İslamı isə zorakı din, cihad mənbəyi, idarəolunmaz məfhum kimi qəbul edirlər.

“Bu gün islamofobiya Fransada dövlət siyasətidir. Əgər Fransada şəxs polis tərəfindən saxlanılarsa və o, ərəb mənşəli olarsa, daha çox çətinliklə üzləşir. Əgər iş müraciəti zamanı ərəb soyadınızın olduğunu görərlərsə, şansınız digərlərinə nisbətən 7 dəfə daha azdır”, - deyə tədqiqatçı vurğulayıb.
Sonra çıxış edən Qərbi Azərbaycan İcmasının Fransa və Qərbi Avropa üzrə nümayəndəsi, “Fransada Qərbi Azərbaycan irsinin qorunması” İctimai Birliyinin sədri Zaur Sadıqbəyli bildirib ki, Fransada azərbaycanlılara qarşı qərəzli münasibət var.

“Fransada son vaxtlar çox sayda müsəlman məktəbləri bağlanılıb, imamlar qovulub, İslama aid kitablar kitabxanadan yığışdırılıb. Biz azərbaycanlılar bu irqçi münasibətə Ermənistan tərəfindən məruz qalmışıq. Ermənistanda azərbaycandilli məktəblər ləğv olunub. Oradakı köçkünlər Azərbaycanda təhsil almağa məcbur qalıblar”, - deyə o diqqətə çatdırıb.

Z.Sadıqbəyli Fransaya miqrant axınının tarixindən söz açıb. Deyib ki, miqrantlar bu ölkənin qurulmasında və formalaşmasında iştirak ediblər.

Fransaya miqrantlar 1975-ci ildən fəhlə gətirilib, bir müddət sonra onlar qayğıdan məhrum edilib. Onların cəmiyyətə inteqrasiya problemi özünü hələ də göstərməkdədir. Bu o deməkdir ki, 1905-ci ildə qəbul edilmiş qanun ləğv olunur. Bu qanunla bağlı islahatlar aparılmalıdır.

Onun sözlərinə görə, Fransada təqribən 7 milyon müsəlman yaşayır, qeyri-rəsmi rəqəmlərə görə isə onların sayı 10 milyon nəfərdir. 2000-ci ildən sonra bu ölkədə dini etiqad yerləri artıb. Strasburq və Lion şəhərlərində müsəlmanlar çoxluq təşkil edir, lakin Qərbi Fransada onların sayı çox deyil.

Parisdəki Geostrateji Araşdırmalar üzrə Avropa Ərəb Akademiyasının direktoru Mohammed El Maazouz son araşdırmalara görə, islamofob çıxışların əvvəlki illərlə müqayisədə 31 faiz artdığını vurğulayıb.
“XIII əsrdən bəri islamofobiya dünyada kök salıb. İslamofobiya sanki dövlətin məqsədləri kimi əlaqələndirilir. Avropada İslamı sanki idarəolunan din kimi göstərirlər. Bu gün islamofobiya dövlət siyasətidir. “Tədqiqatlar bu problemə niyə dərindən yanaşmır?”, “İslamofobiya ilə bağlı fikirlər necə dinlənilir?” kimi suallara cavab tapılmır”, - deyə direktor qeyd edib. 

Paris İslam Elmləri fakültəsinin direktoru Nurredine Belhout deyib ki, islamofobiya düşünüldüyü qədər də sadə məsələ deyil. O qeyd edib ki, Azərbaycan dünyəvi dövlət olmasına baxmayaraq, müsəlman ölkəsi kimi ayrı-seçkiliyə məruz qalıb.

“CAGE International”ın idarəedici direktoru Muhammad Abdur Rabbani isə bildirib ki, Fransa beynəlxalq tənqiddən qorxur. 2018-ci ildən bəri Fransa hökuməti müsəlmanlara nəzarət etmək üçün bir nəfər müəyyənləşdirib.

Bundan sonra məscidlər, kitab evləri bağlanıb. Fransa müsəlmanlarının hansısa quruma şikayət etmək haqqı yoxdur. Bu ölkədə müsəlmanlar sıxışdırılır.

“Fransa totalitar bir siyasi rejimdə işləyir. Onların siyasəti getdikcə avtoritar olur. Fransa hökuməti vətəndaşlar üçün ikili sistem mövcud olduğunu açıq şəkildə deyir. Biri fransızlar, digərləri isə başqa millətlər üçündür”, - deyə direktor diqqətə çatdırıb.

Liverpul Universitetinin insan coğrafiyası sosial və məkan bərabərsizlikləri üzrə müəllim Kövtər Nəcib çıxışında islamofobiyanın qlobal fenomen olduğunu deyib. Bildirib ki, müsəlmanlar buna görə çox sıxışdırılır.

“Biz Fransada davamlı şəkildə islamofobiyaya çağırışlar eşidirik. Hicab geyinən tələbələr məktəblərdən kənarda da qısnamalara məruz qalır. Bütün bunlar kifayət qədər böyük siqnaldır", - deyə o qeyd edib.
Sessiyada London Kral Kollecinin Fransa və Avropa siyasəti üzrə baş müəllimi Ceym Şarl Laurens Volfreys “Müasir fransız siyasətində islamofobiya və avtoritar dinamika”, Melburn Universitetində tədqiqatçı Sara Şeyx Husain isə “Fransa və Avstraliya: islamofobiyanın müqayisəli təhlili” adlı məruzələrlə çıxış ediblər.

Tədbir müzakirələrlə başa çatıb.






















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İran heyəti ABŞ nümayəndələri ilə şəkil çəkdirməkdən imtina etdi - VİDEO

İran heyəti ABŞ nümayəndələri ilə şəkil çəkdirməkdən imtina etdi - VİDEO

Axtarışda olan şəxs BƏƏ-də tutularaq Azərbaycana GƏTİRİLDİ

Axtarışda olan şəxs BƏƏ-də tutularaq Azərbaycana GƏTİRİLDİ

Pakistan XİN başçısı ABŞ-İran razılaşmalarının TƏFƏRRÜATINI AÇIQLADI

Pakistan XİN başçısı ABŞ-İran razılaşmalarının TƏFƏRRÜATINI AÇIQLADI

Tramp Hörmüz boğazı ilə bağlı iranlılara xəbərdarlıq etdi

Tramp Hörmüz boğazı ilə bağlı iranlılara xəbərdarlıq etdi

Vens: Son bir neçə saat ərzində İranla danışıqlarda irəliləyiş əldə etdik

Vens: Son bir neçə saat ərzində İranla danışıqlarda irəliləyiş əldə etdik

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Qəbələdə qəhrəman zabit Kənan Mustafayevin xatirəsi anıldı - FOTO

Qəbələdə qəhrəman zabit Kənan Mustafayevin xatirəsi anıldı - FOTO

“Chevrolet” əvvəl “Opel”ə, daha sonra işıq dirəyinə çırpıldı - FOTO

“Chevrolet” əvvəl “Opel”ə, daha sonra işıq dirəyinə çırpıldı - FOTO

Şəkidə Əməkdar mədəniyyət işçisi vəfat etdi - FOTO

Şəkidə Əməkdar mədəniyyət işçisi vəfat etdi - FOTO

Britaniyanın XİN rəhbəri Baş nazirə səsləndi: İstefa verməlisən!

Britaniyanın XİN rəhbəri Baş nazirə səsləndi: İstefa verməlisən!

Ramanada tarixi quyular zibilliyə çevrilib? - Sakinlərdən ŞİKAYƏT - VİDEO

Ramanada tarixi quyular zibilliyə çevrilib? - Sakinlərdən ŞİKAYƏT - VİDEO

Avtomobil aptekçası yayda: Qızdıqda zəhərə çevrilən 6 dərman növü

Avtomobil aptekçası yayda: Qızdıqda zəhərə çevrilən 6 dərman növü

Almaniya "Taliban"la gizli razılığa gəldi: Əfqan cinayətkarlar kütləvi şəkildə deportasiya olunacaq

Almaniya "Taliban"la gizli razılığa gəldi: Əfqan cinayətkarlar kütləvi şəkildə deportasiya olunacaq

Anar Ələkbərov Oğuzda şəhid ailəsinin qonağı oldu - FOTO

Anar Ələkbərov Oğuzda şəhid ailəsinin qonağı oldu - FOTO

DÇ-2026: İspaniya və Belçika milliləri növbəti oyunlarına çıxacaqlar

DÇ-2026: İspaniya və Belçika milliləri növbəti oyunlarına çıxacaqlar

Bu yay rusiyalılar dəniz sahilində dincəlməyəcək - DRONLARDAN QORXUYA DÜŞÜBLƏR?

Bu yay rusiyalılar dəniz sahilində dincəlməyəcək - DRONLARDAN QORXUYA DÜŞÜBLƏR?

İstanbulda qaydanı pozan taksi sürücüləri dronlarla İZLƏNƏCƏK

İstanbulda qaydanı pozan taksi sürücüləri dronlarla İZLƏNƏCƏK

Masazırda motosiklet sürücülərinə qarşı reyd - 45 nəfər SAXLANILDI

Masazırda motosiklet sürücülərinə qarşı reyd - 45 nəfər SAXLANILDI

İsveçrədə ABŞ və İran arasında yüksək səviyyəli danışıqlar başladı - FOTO - VİDEO

İsveçrədə ABŞ və İran arasında yüksək səviyyəli danışıqlar başladı - FOTO - VİDEO

Uşakov: "Rusiya razılaşmaların icrasını yox, qələbə gözləyir"

Uşakov: "Rusiya razılaşmaların icrasını yox, qələbə gözləyir"

Kerç bərə keçidinin fəaliyyəti tamamilə dayandırıldı - Ukrayrna PUA-sının FƏSADLARI

Kerç bərə keçidinin fəaliyyəti tamamilə dayandırıldı - Ukrayrna PUA-sının FƏSADLARI

Dəhşətli hadisə: Sərxoş oğlan uşaq düşərgəsinə hücum edərək 13 məktəblini yaraladı

Dəhşətli hadisə: Sərxoş oğlan uşaq düşərgəsinə hücum edərək 13 məktəblini yaraladı

Futbolçuların məşhur xanımları: Corcina Rodriqes

Futbolçuların məşhur xanımları: Corcina Rodriqes

ABŞ blokadasının ləğvindən sonra ilk nəhəng konteyner gəmisi İrana daxil oldu

ABŞ blokadasının ləğvindən sonra ilk nəhəng konteyner gəmisi İrana daxil oldu

End of content

No more pages to load

RADİO