Bu səbəblərdən qadından Peyğəmbər olmur...

Bu səbəblərdən qadından Peyğəmbər olmur...
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol
“Xatırla ki, bir zamanlar mələklər belə demişdilər: “Ya Məryəm, həqiqətən, Allah səni seçmiş, (eyiblərdən) təmizləmiş, cəmi aləmlərin (bütün dünyanın) qadınlarından üstün tutmuşdur. Ya Məryəm, öz Rəbbinə itaət et, səcdəyə qapan və rüku edənlərlə birlikdə rüku et! (Namaz qılanlarla bir yerdə namaz qıl!)”x9d “Quran”x9d, “İmran ailəsi”x9d surəsi, 42-43.

Bildiyimiz kimi, İslam dini və onun müqəddəs kitabı olan “Qurani-Kərim”x9d qadına böyük dəyər vermişdir. Başqa səmavi kitablardan fərqli olaraq, “Quran”x9dda qadınların adına bir çox surələr vardır. Buna misal olaraq “Qadınlar”x9d (4), “Məryəm”x9d (19), “İmtahana çəkilmiş qadın”x9d (60) surələrini göstərmək olar. Həmçinin, bu müqəddəs kitabın yüzlərlə ayəsində qadınlardan, onların gözəl əxlaqından, kamil imanlarından və Allaha bağlılıqlarından, dualarının Allah dərgahında qəbul olunmasından bəhs olunur:

“İmranın zövcəsinin (Hənnənin): “Ey Rəbbim, bətnimdəkini Sənə xidmətkar (qul) olmaq üçün nəzir edirəm. (Bu nəziri) məndən qəbul et! Əlbəttə, Sən eşidənsən, bilənsən!”x9d ”“ dediyini xatırla!xa0
Onu (bətnindəkini) doğduğu zaman: “Ey Rəbbim! Mən qız doğdum”x9d, - söylədi. Halbuki, Allah onun nə doğduğunu və oğlanın qız kimi olmadığını yaxşı bilirdi. (Hənnə:) “Mən onun adını Məryəm qoydum, onu və onun nəslini Şeytanın şərindən Sənə tapşırıram”x9d (dedi).xa0
Belə olduqda, Rəbbi Məryəmi yaxşı qəbul etdi, onu gözəl bir fidan kimi böyütdü və Zəkəriyyaya tapşırdı. Zəkəriyya hər dəfə Məryəmin ibadət etdiyi mehraba girdikdə, onun yanında bir ruzi olduğunu görərdi. Zəkəriyya: “Ya Məryəm, bunlar sənin üçün haradandır?”x9d - dedikdə, o: “Allah tərəfindəndir!”x9d - deyə cavab verərdi. Həqiqətən, Allah istədiyi şəxsə hədsiz ruzi verər!”x9d “Quran”x9d, “İmran ailəsi”x9d surəsi, 35-37.

Ayədən görünür ki, Rəbbim kişilərlə (kişi peyğəmbərlər, imamlar, övliyalarla) yanaşı, bəzi qadınlara da hikmət (kəramət) bəxş etmişdir. Məryəmin yanında daim Cənnət ruzilərinin olması da onun kəramətini təsdiq edən ayədir.xa0

Və yaxud, “Məryəm”x9d surəsində onun kəramətinə dair başqa fakta rast gəlirik:
“(Qurumuş) xurma ağacını özünə tərəf silkələ, üstünə təzə yetişmiş xurma tökülsün! Ye-iç, gözün aydın olsun!”x9d 19:25-26

İslam tarixində kəramət sahibi olan qadın övliyalardan Həzrət Rəbiyənin özünəməxsus yeri vardır. Onun kəramətini Həsən Bəsri ilə aralarında baş verən bir dialoqdan aydın görmək olur. Belə ki, bir gün Həsən Bəsri xa0Fərat çayının kənarında oturan Rəbiyyəni görüncə, səccadəsini suyun üzərinə sərib:xa0
- Gəl burada iki rükət namaz qılaq - dedi. Rəbiyyə:
xa0- Ustad, axirət əhlinə dünya bazarından bir nümunəmi göstərmək istəyirsən? O halda onun eləsini göstər ki, insan oğlu bənzərini göstərməkdə aciz qalsın ”“ deyə cavab verdi.
xa0Rəbiyyə daha sonra səccadəsini havaya sərdi və: - - Ey Həsən, sən də buraya gəl və insanların gözündən qeyb ol - dedikdən sonra əsas söyləmək istədiyini söylədi:xa0
-Ustad, sənin etdiyini balıqlar, mənim etdiyimi isə, mələklər edər.

Elə Azərbaycanda da öz kəramətləri ilə məhşur olan xanım övliyalar yaşamışlar ki, onlara misal olaraq Həzrət Museyi Kazımın qızları Həzrət Həkimə xanımı, Həzrət Leyla xanımı, Həzrət Rəhimə xanımı və s. kəramət sahibi olan xanımları göstərmək olar.xa0

Bütün bunları oxuduqdan sonra insanda belə bir sual yaranır: qadınlar arasından kəramətli şəxslər çıxdığı halda niyə onlardan peyğəmbər seçilmir?
Bildiyimiz kimi, Peyğəmbərlik məqamına ancaq kişilərin layiq görülməsi barədə “Quran”x9dda ayələr var:

xa0“Biz səndən əvvəl də özlərinə vəhy etdiyimiz ancaq kişilər (kişi peyğəmbərlər) göndərmişdik. Əgər bunu bilmirsinizsə, zikr (kitab, elm) əhlindən soruşun!”x9d “Bal arısı”x9d surəsi, 43.

Suala cavab xa0tapmaq üçün Peyğəmbərliyin mahiyyətinə nəzər salmaq vacibdir. “Quran”x9ddan məlumdur ki, Allah peyğəmbəri o xalqın arasından seçir ki, orada sadə camaat yolun azıb, pozğun həyat tərzi keçirir, onlara rəhbərlik edən (kişi) padşah isə, xalqa zülm etməkdə həddin aşmış olsun. Allah onların arasından seçdiyi bir şəxsi (elçini) həmin zalım rəhbərin yanına göndərib, xalqa zülm etməməyi əmr edir. Xalqa da elan edir ki, pozğun həyat tərzinə son qoyub, doğru yolu tutun...
Peyğəmbərlər tarixinə nəzər saldıqda aydın görmək olur ki, belə hallarda xa0həmin zalım padşah və pozğun həyat tərzinə alışmış xalq heç də həmin Peyğəmbəri qəbul etmirlər. Ya ona (Həzrət İbrahim kimi) ağır işgəncələr verirlər, ya da (Həzrət Zəkəriyya və Yəhya kimi) öldürürlər.xa0

“Biz İsrail oğullarından əhd almış, onlara peyğəmbərlər göndərmişdik. Hər dəfə bir peyğəmbər onlara ürəklərinə yatmayan bir hökm gətirdikdə həmin peyğəmbərlərin bir qismini yalançı hesab edər, bir qismini də öldürərdilər.
Və elə hesab edərdilər ki, bunun müqabilində özlərinə heç bir bəla üz verməyəcəkdir. Onlar kor və kar oldular...”x9d. “Süfrə”x9d surəsi, 70-71.

xa0Ayədən göründüyü kimi, Peyğəmbərlik vəzifəsi bu yükü daşıyan şəxsin həyatı üçün çox təhlükəli və əziyyətli bir vəzifədir. Məhz bu səbəbdən də Allah-təala zərif cinsin nümayəndələrinə belə çətin bir vəzifəni yükləməmişdir.xa0
xa0Digər tərəfdən qadınlarda ayda bir dəfə baş verən fizioloji hallar vardır ki, həmin dövrdə qadının ibadət etməsi, vəhy qəbul etməsi mümkün deyildir.
Bildiyimiz kimi, “Quran”x9dın 21-ci surəsi “Peyğəmbərlər”x9d adlanır. Bu səbəbdən də 21 ədədi müqəddəs kitabda Peyğəmbərlik rəmzi sayılır. Elmi-lədun araşdırmalarımız göstərir ki, qadınlardan fərqli olaraq, kişilərin anatomik quruluşunda 21 ədədi görünür. Belə ki, qadınlarda barmaq çıxıntıları 20 olduğu halda, normal kişilərdə barmaqların və barmaqvari çıxıntıların (cinsiyyət üzvünün) birlikdə sayı 21-dir. Həyatda təsadüf yoxdur. Bu amil qadınların peyğəmbər seçilməməsinə səbəb olmasa da hər halda insanın anatomik quruluşunun müqəddəs kitabla uzlaşmasını göstərən faktdır.xa0
Bu və digər bir çox səbəblərdən peyğəmbərlər ancaq kişilər arasından seçilir.

xa0“Biz səndən əvvəl də hər bir ümmətə ancaq kişilər (kişi peyğəmbərlər) göndərdik ki, onlara vəhy edirdik. Əgər bilmirsinizsə, zikr (kitab) əhlindən soruşun!”x9d xa0“Peyğəmbərlər”x9d surəsi, 7-ci ayə.

xa0Qeyd: yazıda bəhs etdiyimiz Həsən Bəsri VII əsrdə yaşayıb. Həzrət Peyğəmbərin xanımlarından birinin yaxın qohumu olduğundan körpəliyi Peyğəmbərin evində keçib və ondan dərs alıb. Peyğəmbərdən aldığı elm və feyzlərlə övliyalıq məqamına çatan bu şəxs İslamı təbliğ etmək üçün Azərbaycana ezam olunub və ömrünün sonuna qədər burada yaşayıb. Hazırda qəbri Şamaxı rayonu ərazisindədir.xa0


Paşa Yaqub,
Yazıçı, psixoterapevt.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Son xəbərlər bildirişlə telefonunuzda.
YükləApp Store YükləGoogle Play

SON XƏBƏRLƏR

Rusiya 4 aydan sonra ilk dəfə Azov dənizindən taxıl gəmilərinin çıxışına İCAZƏ VERDİ

Rusiya 4 aydan sonra ilk dəfə Azov dənizindən taxıl gəmilərinin çıxışına İCAZƏ VERDİ

Kəlbəcərdə ər-arvad qəzaya düşdü - Ölən var

Kəlbəcərdə ər-arvad qəzaya düşdü - Ölən var

Dəriniz quruyur və görməniz zəifləyirsə BU VİTAMİN çatışmazlığınız var

Dəriniz quruyur və görməniz zəifləyirsə BU VİTAMİN çatışmazlığınız var

Uşakov: “Rusiya-Ukrayna danışıqları noyabrın 4-dən sonra keçiriləcək”

Uşakov: “Rusiya-Ukrayna danışıqları noyabrın 4-dən sonra keçiriləcək”

Netanyahunun partiyası parlamentdə ərəb partiyalarına qarşı mübarizəyə BAŞLADI

Netanyahunun partiyası parlamentdə ərəb partiyalarına qarşı mübarizəyə BAŞLADI

Firəngiz Mütəllimova bu səbəbdən ailə qura bilməyib

Firəngiz Mütəllimova bu səbəbdən ailə qura bilməyib

“Bəzi futbolçularımız dərsdən məşqə acqarnına gəlir” - Rəşad Sadiqov

“Bəzi futbolçularımız dərsdən məşqə acqarnına gəlir” - Rəşad Sadiqov

Çində tarixi demoqrafik BÖHRAN: Yaşlıların sayı uşaqları üstələdi

Çində tarixi demoqrafik BÖHRAN: Yaşlıların sayı uşaqları üstələdi

225 nömrəli məktəbdəki insident NƏZARƏTƏ GÖTÜRÜLDÜ

225 nömrəli məktəbdəki insident NƏZARƏTƏ GÖTÜRÜLDÜ

Bağça direktoru azyaşlıya qarşı zorakılıq etdi - İDDİA/VİDEO

Bağça direktoru azyaşlıya qarşı zorakılıq etdi - İDDİA/VİDEO

Alimlərdən XƏBƏRDARLIQ: Artıq çəki yaddaşa təsir edir

Alimlərdən XƏBƏRDARLIQ: Artıq çəki yaddaşa təsir edir

"Qarabağ" "Dinamo" Zaqrebə UDUZDU

"Qarabağ" "Dinamo" Zaqrebə UDUZDU

Ərdoğan Trampla telefonla danışdı - Regional gərginlik müzakirə edildi

Ərdoğan Trampla telefonla danışdı - Regional gərginlik müzakirə edildi

Bakıda qadına cinsi zorakılıq edib 17 min manatını ələ keçirən TUTULDU - FOTO

Bakıda qadına cinsi zorakılıq edib 17 min manatını ələ keçirən TUTULDU - FOTO

Zelenski ilk dəfə Rusiyaya təhlükəsizlik zəmanətlərinin verilməsinə RAZILAŞDI

Zelenski ilk dəfə Rusiyaya təhlükəsizlik zəmanətlərinin verilməsinə RAZILAŞDI

Sakinlərin DİQQƏTİNƏ: Bakının bəzi yerlərində işıq olmayacaq

Sakinlərin DİQQƏTİNƏ: Bakının bəzi yerlərində işıq olmayacaq

Rekord həddə çatan qabarma sahilyanı əraziləri su altında qoydu - VİDEO

Rekord həddə çatan qabarma sahilyanı əraziləri su altında qoydu - VİDEO

“Real” azarkeşi “Barselona”nın stadionundan QOVULDU

“Real” azarkeşi “Barselona”nın stadionundan QOVULDU

Ucarda maşınlar toqquşdu - Xəsarət alan var

Ucarda maşınlar toqquşdu - Xəsarət alan var

Peskovdan Avropaya MESAJ: “Rusiya ilə dialoq tərəfdarları dəstəklənməlidir”

Peskovdan Avropaya MESAJ: “Rusiya ilə dialoq tərəfdarları dəstəklənməlidir”

ABŞ Ebola virusuna görə sərnişinlər üçün yeni qayda TƏTBİQ EDƏCƏK

ABŞ Ebola virusuna görə sərnişinlər üçün yeni qayda TƏTBİQ EDƏCƏK

Sabah bu rayonda QAZ OLMAYACAQ

Sabah bu rayonda QAZ OLMAYACAQ

FİFA mundial biletlərindən milyardlar QAZANDI

FİFA mundial biletlərindən milyardlar QAZANDI

Bakıda məktəbdə jurnalistlərə hücum oldu - ANBAAN VİDEO

Bakıda məktəbdə jurnalistlərə hücum oldu - ANBAAN VİDEO

End of content

No more pages to load

RADİO