Bakının su ilə dolu ZİRZƏMİLƏRİ – Problemi həll edən qurum tapılmır - VİDEO

Bakı şəhərində 60-70-ci illərə məxsus olan 5 və ya 9 mərtəbəli  binaların  çoxunun zirzəmisi antisanitariya mənbəyidir. Müxtəlif gəmirici həşəratlar, su yığıntıları, zibil tullantıları zirzəmilərdə nəfəkəsici bir mənzərə yaradıb.

Yay aylarında, sakinlər üfunətin, ağcaqanadın əlindən evlərində otura bilmirlər.

Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsində isə belə binların sayı olduqca çoxdur. Xoşagəlməz mənzərədən Muxtar Vəliyev 35 ünvanında yaşayan sakinlər sözün əsl mənasında beziblər. Onlar yaşayış binalarının zirzəmilərində  natəmizliyin olmasından olduqca narahatdırlar.  

Bina sakini Nailə Quliyeva müxtəlif xəstəliklərin meydana gələcəyindən təşviş içindədir. Deyir ki, sakinlərin hamısı  müraciət etmədiyi qurum qalmayıb. Lakin problem həll olunmayıb. 

Bu sadəcə bir nümunədir. Yuxarıda qeyd etdiyimiz kimi, belə  binaların sayı paytaxtda kifayət qədərdir. Dəqiq sayı öyrənmək üçün Səhiyyə Nazirliyi   Respublika Gigiyena və Epidemiologiya Mərkəzi ilə əlaqə saxladıq. 

Mərkəzin şöbə müdiri  Zirəddin Kazımov bildirdi ki, zirzəmilərin natəmiz vəziyyətdə olması ilə bağlı bütün statistik məlumatları  Bakı Şəhəri İcra Hakimiyyətinə göndəriblər. Bizə məsləhət görüldü ki, sözügedən qurumla əlaqə saxlayaq. Şöbə müdiri onu da  dedi ki, onlarda bizə veriləcək məlumat yoxdur.

 

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat katibi Mətin Hüseynov isə dedi ki, araşdırılıb sizə məlumat veriləcək. Ancaq iki gündür ki, Bakı Şəhər İcra Hakimiyyətindən heç bir səs-soraq yoxdur. 


Əslində bu problemi kim həll etməlidir?

Mövzu ilə bağlı “Azərsu” ASC ilə əlaqə saxladıq.  Qurumun mətbuat katibi  Anar Cəbrayıllı söylədi ki, zirzəmilərdə su xətlərində qəza olanda bərpa edilir: 

“Zirzəmiyə  yığılan suların çəkilməsini də biz həyata keçiririk, amma zirzəmiyə qurunt sularının toplanmasına, zibil tullantılarının  təmizlənməsinə “Azərsu” yox,  Mənzil İstismar Kommunal Təsərrüfat Birliyi, Bakı Şəhər İcra Hakimiyyəti və ya  rayon icra hakimiyyətinin müvafiq idarələrinin görəcəyi işdir”.

 

Haqqında danışdığımız binaların zirzəmilərini təkcə həşəratlar, qurunt suları, zibil tullantıları zəbt etmir. Normal şəraitdə olan zirzəmilər  kiçik sahibkarların iş yeridir. Zirzəmilərin  kafe, restoran, gözəllik salonu, çayxana kimi istifadə olunmasının şahidiyik.


Bu hal çox vaxt sakinlər tərəfindən narazılığa səbəb olur. Yay aylarında kütləvi qonaqlıqlar, ətrafın çirklənməsi sakinləri əməlli başlı özlərindən çıxarıb.

Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı qeyd etdi ki, həmin ərazilərin özəlləşdirilməsi məsələsi isə Əmlak məsələləri üzrə Dövlət Xidmətinin bilavasitə səlahiyyətlərinə aiddir. Bu proses özəlləşmə haqqında dövlət proqramı çərçivəsində həyata keçirilir:

“Bu proqram cənab prezidentin fərmanı ilə  təsdiqlənib və tənzimlənib. Əgər həmin ərazi kiçik dövlət müəssisəsi kimi özəlləşmə proqramına daxil olubsa, demək ki, həmin obyektlərin fəaliyyəti qanunidir”.

Direktor əlavə etdi ki, normal şəraitdə olan zirzəmilər icarəyə verilməyibsə,  dövlətin əmlakı sayılır. Amma gələcəkdə vətəndaşlar kollektiv idarəetmə fəaliyyətinə keçdikdə həmin ərazi sakinlərin ümümi əmlakı hesab olunacaq.

 

Göründüyü kimi, mövzu yenə də həll olunmamış qalır. “Azərsu” ASC, Mənzil İstismar Kommunal Təsərrüfat Birliyi, Bakı Şəhər İcra Hakimiyyəti və rayon icra hakimiyyətinin müvafiq idarələri öz işlərini görsələr də fakt faktlığında qalır.


Zirzəmilərdən yenə də üfunət iyi gəlir, həşaratlar mənzillərə dolur, qanunsuz obyektlər isə öz fəaliyyətlərini davam etdirirlər. Bakı şəhərindəki zirzəmilər istənilən halda təhlükə mənbəyidir.

Su ilə dolmuş zirzəmilər binanın özülünü məhv edir, antisanitariya mənbəyi kimi xəstəliklər yayır. İstifadəyə verilən zirzəmilərdə isə qanunsuz fəaliyyət növləri, səs-küydən başqa, müxtəlif qəza, yanğın hadisələrinin törəməsinə səbəb olur.

Bu halın qarşısını kim alacaq deyə, sual edəndə isə yuxarıda adlarını çəkdiyimiz dövlət idarələrinin arasında get-gəldə qalırsan. 

Ərazilərdən çəkilən fotolar dediklərimizi bir daha sübut edir:

Gülşanə Musfayeva, Bizim.Media



 

 

 


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qazaxıstanda uşaqlara ən çox bu ad qoyulur

Qazaxıstanda uşaqlara ən çox bu ad qoyulur

Evlənsələr evdə qiyamət qopacaq - Uyğunlaşmayan BÜRCLƏR

Evlənsələr evdə qiyamət qopacaq - Uyğunlaşmayan BÜRCLƏR

Hər dörd nəfərdən biri ruhi sağlamlığına biganə qalır - ARAŞDIRMA

Hər dörd nəfərdən biri ruhi sağlamlığına biganə qalır - ARAŞDIRMA

Ölümcül infeksiya əlamətləri olan Hantavirus nədir? - Dünya yenidən təşviş içində

Ölümcül infeksiya əlamətləri olan Hantavirus nədir? - Dünya yenidən təşviş içində

Mayın 9-u İKİ BÜRC üçün romantizm qapıları açılır

Mayın 9-u İKİ BÜRC üçün romantizm qapıları açılır

"EFES - 2026" təlimində növbəti tapşırıqlar icra olundu

"EFES - 2026" təlimində növbəti tapşırıqlar icra olundu

“Qorxa-qorxa gedirəm, maşın aşa bilər” – VİDEO

“Qorxa-qorxa gedirəm, maşın aşa bilər” – VİDEO

Putin: "9 May üçün heç kəsə rəsmi dəvət göndərməmişik"

Putin: "9 May üçün heç kəsə rəsmi dəvət göndərməmişik"

Niyə "ah" çəkirik?

Niyə "ah" çəkirik?

Zelenski Qırmızı Meydanla bağlı əmr verdi: silahdan istifadə olunmasın!

Zelenski Qırmızı Meydanla bağlı əmr verdi: silahdan istifadə olunmasın!

Çempion “Kəpəz”ə uduzdu - VİDEO

Çempion “Kəpəz”ə uduzdu - VİDEO

İnsan ölümündən bir neçə dəqiqə əvvəl NƏ EŞİDİR?

İnsan ölümündən bir neçə dəqiqə əvvəl NƏ EŞİDİR?

Bu gün 9 May - faşizm üzərində Qələbə Günüdür

Bu gün 9 May - faşizm üzərində Qələbə Günüdür

Zelenski 3 günlük atəşkəsi və əsir mübadiləsini TƏSDİQLƏDİ

Zelenski 3 günlük atəşkəsi və əsir mübadiləsini TƏSDİQLƏDİ

Putin Trampla söhbətinin detallarını açıqladı: "Qalib gəldiyimizi xatırladıq"

Putin Trampla söhbətinin detallarını açıqladı: "Qalib gəldiyimizi xatırladıq"

İlqar Mirzəyevin heç yerdə olmayan FOTOSU

İlqar Mirzəyevin heç yerdə olmayan FOTOSU

FİFA “Neftçi”dən transfer qadağasını götürdü

FİFA “Neftçi”dən transfer qadağasını götürdü

“Məhkəmə sonlandı və biz qazandıq, ailə övladlarına qovuşdu” - VİDEO

“Məhkəmə sonlandı və biz qazandıq, ailə övladlarına qovuşdu” - VİDEO

Paraüzgüçümüz Berlində bürünc medal qazandı

Paraüzgüçümüz Berlində bürünc medal qazandı

Hazırlığa getmədən 300 bal topladı - FOTOLAR

Hazırlığa getmədən 300 bal topladı - FOTOLAR

Sumqayıtda bu yollar bağlı olacaq - SİYAHI

Sumqayıtda bu yollar bağlı olacaq - SİYAHI

Tramp 8 mayı ABŞ üçün Qələbə Günü elan etdi

Tramp 8 mayı ABŞ üçün Qələbə Günü elan etdi

ABŞ ordusu İran gəmilərinin blokadasına dair görüntülər YAYDI - VİDEO

ABŞ ordusu İran gəmilərinin blokadasına dair görüntülər YAYDI - VİDEO

Tramp Rusiya və Ukrayna arasında 3 günlük ATƏŞKƏS elan etdi

Tramp Rusiya və Ukrayna arasında 3 günlük ATƏŞKƏS elan etdi

End of content

No more pages to load

RADİO