Hindistan bu sahəni Azərbaycandan öyrənə bilər - FOTO

“The Print” nəşri Hindistan və Azərbaycanın hərbi büdcə xərclərinin effektivliyini müqayisə edən məqalə yayımlayıb.

Bizim.Media "The Print" nəşrinə istinadən bildirir ki, Hindistan hərbi büdcədən “ağıllı” istifadəni Azərbaycandan öyrənə bilər.

Sözügedən “Hindistan hərbi büdcədən “ağıllı” istifadəni Azərbaycandan öyrənə bilər” başlıqlı yazıda qeyd olunur ki, Hindistanda hərbi büdcənin həcmi və ondan daha effektli istifadə olunması məsələsi son günlərdə gündəmə gəlib.

 

MÖVZU İLƏ BAĞLI:

Polşa hərbçisi Azərbaycan ordusunun təcrübəsini dərsliklərinə salmağa çağırır


Məqalənin müəllifi Sneheş Aleks Filip cari ildə Asiya nəhənginin hərbi büdcəsinin ölkə ÜDM-nin 2.14 faizinə bərabər olduğunu bildirib.

Daha sonra o, nümunə olaraq Azərbaycanı göstərib.   

Yazıda qeyd edilib ki, Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (Stockholm International Peace Research Institute - SIPRI) məlumatlarına görə, 2009-2018-ci illər arasında Azərbaycan müdafiə məqsədlərilə təxminən 24 milyard ABŞ dolları xərcləyib. 

“Azərbaycanın atdığı daha bir ağıllı addım təkcə silah arsenalını artırmaq deyil, həm də mənbə siyahısını şaxələndirmək oldu. Azərbaycan ağıllı davranaraq satınalmalarını şaxələndirdi və Rusiya ilə bərabər Türkiyədən, İsraildən də müdafiə sənayesi məhsullarını tədarük etdi.

Lakin Ermənistan silah alışında əsas diqqətini Azərbaycana da silah tədarük edən Rusiyaya yönəltdi. 

Böyük Britaniyanın Müharibə və Sülh Araşdırmaları İnstitutunun (IWPR) məlumatlarına görə, İsrail 2015-2019-cu illərdə silah idxalına görə Azərbaycanın hərbi sahədə ən böyük ticarət tərəfdaşı olub.

Bu dövrdə İsrailin Azərbaycanın silah idxalındakı payı 60 faiz, Rusiyanın 31 faiz, Türkiyənin isə 3,2 faizdir. Qalan 5,8 faiz Ukrayna, Belarus, Pakistan və Çinin payına düşür.

Bununla da, Azərbaycan silah alışının şaxələndirilməsi hesabına, Türkiyənin “Bayraktar TB2” dronu və İsrailin “Heron-TP” dronu kimi silahlardan istifadə etməklə 44 günlük Vətən müharibəsinin gedişatında vəziyyəti öz xeyrinə dəyişdi”, - deyə məqalədə bildirilib.

Yazıda həmçinin vurğulanıb ki, Azərbaycan hökuməti silah alışı zamanı tərəfdaş seçərkən mövcud siyasi müttəfiqlərə üstünlük verib. Beləliklə, Azərbaycan üçün 2010-2015-ci illərdə Rusiya, 2015-2019-cu illərdə İsrail, 2020-ci ildə Türkiyə əsas tərəfdaş kimi çıxış edib.

Sonda müəllif ölkəmizin timsalında belə nəticəyə gəlib ki, əsas məsələ vəsaitin həcmi deyil, onun daha ağılla sərf edilməsidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Şahdağa qar yağır - FAKTİKİ HAVA

Şahdağa qar yağır - FAKTİKİ HAVA

Dünyanın ən çox söyülən HEYVANI – Onlardan saat kimi necə istifadə edirdilər?

Dünyanın ən çox söyülən HEYVANI – Onlardan saat kimi necə istifadə edirdilər?

Elza tanınmış bloqeri də məhkəməyə verdi

Elza tanınmış bloqeri də məhkəməyə verdi

Çalışdığı mağazadan 23 minlik oğurluq etdi – FOTO/VİDEO

Çalışdığı mağazadan 23 minlik oğurluq etdi – FOTO/VİDEO

Rusiyadan MÜHARİBƏ MESAJI – Hədəfdəki ölkənin adı RƏSMƏN AÇIQLANDI

Rusiyadan MÜHARİBƏ MESAJI – Hədəfdəki ölkənin adı RƏSMƏN AÇIQLANDI

Əhvalınızın yaxşı olmasını istəyirsinizsə, hər gün bunları EDİN

Əhvalınızın yaxşı olmasını istəyirsinizsə, hər gün bunları EDİN

SON DƏQİQƏ! Çernobildə güclü yanğın başladı – VİDEO

SON DƏQİQƏ! Çernobildə güclü yanğın başladı – VİDEO

Şərur rayonunda qaz KƏSİLDİ

Şərur rayonunda qaz KƏSİLDİ

Bərbərdəki tanışına balta ilə hücum çəkdi – ANBAAN VİDEO

Bərbərdəki tanışına balta ilə hücum çəkdi – ANBAAN VİDEO

Ağsu dolaylarında TORPAQ SÜRÜŞMƏSİ - FOTO

Ağsu dolaylarında TORPAQ SÜRÜŞMƏSİ - FOTO

“İmişli” “Zirə”yə, “Sabah” “Kəpəz”ə qarşı

“İmişli” “Zirə”yə, “Sabah” “Kəpəz”ə qarşı

“7 Gözəl” şadlıq evində nöqsanlar aşkar edildi – FOTO

“7 Gözəl” şadlıq evində nöqsanlar aşkar edildi – FOTO

Naxçıvan sakinlərinə pensiya ilə bağlı ŞAD XƏBƏR

Naxçıvan sakinlərinə pensiya ilə bağlı ŞAD XƏBƏR

Evlənmək istəyən gəncləri maraqlandıran SUAL – İpoteka ilə ev almaq, yoxsa kirayədə YAŞAMAQ? – ARAŞDIRMA

Evlənmək istəyən gəncləri maraqlandıran SUAL – İpoteka ilə ev almaq, yoxsa kirayədə YAŞAMAQ? – ARAŞDIRMA

Şəkili şahmatçı Beynəlxalq Usta adını QAZANDI

Şəkili şahmatçı Beynəlxalq Usta adını QAZANDI

Bakının Dəmirçizadə küçəsi ilə Xətai prospektinin kəsişməsində dəyişiklik ediləcək – VİDEO

Bakının Dəmirçizadə küçəsi ilə Xətai prospektinin kəsişməsində dəyişiklik ediləcək – VİDEO

Pul axını başladı - Bu bürclər zənginləşə bilər

Pul axını başladı - Bu bürclər zənginləşə bilər

Tramp Hörmüzdəki əməliyyatı Pakistana görə dayandırıbmış... – VİDEO

Tramp Hörmüzdəki əməliyyatı Pakistana görə dayandırıbmış... – VİDEO

Akif İslamzadənin son vəziyyəti AÇIQLANDI

Akif İslamzadənin son vəziyyəti AÇIQLANDI

Şavkat Mirziyoyev də Moskvadakı parada QATILMAYACAQ

Şavkat Mirziyoyev də Moskvadakı parada QATILMAYACAQ

Ukraynadan Rostova PUA HÜCUMU – Zavodlar alovlara qərq oldu – VİDEO

Ukraynadan Rostova PUA HÜCUMU – Zavodlar alovlara qərq oldu – VİDEO

Daşınmaz əmlak alanlara geri qaytarılan ƏDV-nin HƏCMİ

Daşınmaz əmlak alanlara geri qaytarılan ƏDV-nin HƏCMİ

Bu gün qısa iş GÜNÜDÜR

Bu gün qısa iş GÜNÜDÜR

Apteklərdə “Pascorbin” TAPILMAYACAQ – Alternativ dərman VARMI?

Apteklərdə “Pascorbin” TAPILMAYACAQ – Alternativ dərman VARMI?

End of content

No more pages to load

RADİO