DSX-nin xüsusi məktəbinə qəbul bu tarixdə olacaq

Dövlət İmtahan Mərkəzi bu gün Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin V, VI, VII, VIII və IX sinfinə qəbul imtahanları keçirəcək.

Bizim.Media xəbər verir ki, şagirdlər və ya valideynlər “İmtahana buraxılış vərəqəsi”ni DİM-in saytından çap edə bilərlər.

İmtahanda iştirak etmək istəyən namizədlərin qeydiyyatı 15 yanvar-28 fevral tarixlərində aparılıb. İmtahanlarda ümumilikdə 3 074 şagirdin iştirak edəcəyi nəzərdə tutulur.

 

MÖVZU İLƏ BAĞLI:

DİM imtahan nəticələrini açıqladı


İmtahanlar Bakı (Yasamal, Binəqədi, Xətai, Xəzər, Suraxanı, Sabunçu, Qaradağ rayonlarında), Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Şirvan, Salyan və Lənkəran şəhərlərində təşkil olunacaq.

İmtahanlar saat 12:00-da başlanır: “İmtahanda iştirak edəcək şagirdlərin nəzərinə çatdırırıq ki, imtahan binasına buraxılış saat 11:45-də başa çatır və bundan sonra gələn şagirdlər imtahana buraxılmır”.

Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- şəxsiyyət vəsiqəsi;

- tәhsil aldıqları mәktәb tәrәfindәn verilәn şәkilli arayış (arayışda şagirdin neçәnci sinifdә tәhsil aldığı da göstәrilir, arayışa şagirdin 3x4 ölçülü şәkli yapışdırılır vә şәkil möhürlә tәsdiqlәnir),

- İmtahana buraxılış vərəqəsi;

-“İmtahan iştirakçısının sağlamlığı” haqqında bəyannamə (Bəyannamə “İmtahana buraxılış vərəqəsi” ilə bir yerdə çap olunur və imtahan günü şagirdin valideyni (qanuni nümayəndəsi) tərəfindən imzalanır.

Sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmır.

Buraxılış vərəqəsində imtahanın keçiriləcəyi şəhər (rayon), bina, zal, başlanma vaxtı və şagirdin imtahan binasına gəlmə vaxtı qeyd olunub. İmtahan qaydalarına aid “Yaddaş kitabçası” ilə buradan tanış olmaq mümkündür.

Test imtahanı aşağıdakı fənlər üzrə Azərbaycan dilində aparılır:

· Azərbaycan dili;

· Riyaziyyat.

Hər fənn üzrə şagirdlərə 30 qapalı tipli sual təqdim edilir. İmtahanın müddəti 90 dəqiqədir. İmtahanların keçirilməsi üçün 16 imtahan binası ayrılıb. 

İmtahanların idarə olunmasına 35 imtahan rəhbəri, 16 ümumi imtahan rəhbəri, 319 nəzarətçi-müəllim, 32 buraxılış rejimi əməkdaşları nəzarət edəcək.

İmtahan iştirakçılarının nəticələri Dövlət Sərhəd Xidmətinə təqdim ediləcəkdir. 

Yüksək nəticə göstərmiş namizədlər DSX tərəfindən tibbi və digər yoxlamalara cəlb olunacaqlar. Bütün mərhələləri uğurla keçən və ən yüksək bal toplayan namizədlər Xüsusi Məktəbə qəbul olunacaqlar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Evlənmək istəyən gəncləri maraqlandıran SUAL – İpoteka ilə ev almaq, yoxsa kirayədə YAŞAMAQ? – ARAŞDIRMA

Evlənmək istəyən gəncləri maraqlandıran SUAL – İpoteka ilə ev almaq, yoxsa kirayədə YAŞAMAQ? – ARAŞDIRMA

Şəkili şahmatçı Beynəlxalq Usta adını QAZANDI

Şəkili şahmatçı Beynəlxalq Usta adını QAZANDI

Bakının Dəmirçizadə küçəsi ilə Xətai prospektinin kəsişməsində dəyişiklik ediləcək – VİDEO

Bakının Dəmirçizadə küçəsi ilə Xətai prospektinin kəsişməsində dəyişiklik ediləcək – VİDEO

Pul axını başladı - Bu bürclər zənginləşə bilər

Pul axını başladı - Bu bürclər zənginləşə bilər

Tramp Hörmüzdəki əməliyyatı Pakistana görə dayandırıbmış... – VİDEO

Tramp Hörmüzdəki əməliyyatı Pakistana görə dayandırıbmış... – VİDEO

Akif İslamzadənin son vəziyyəti AÇIQLANDI

Akif İslamzadənin son vəziyyəti AÇIQLANDI

Şavkat Mirziyoyev də Moskvadakı parada QATILMAYACAQ

Şavkat Mirziyoyev də Moskvadakı parada QATILMAYACAQ

Ukraynadan Rostova PUA HÜCUMU – Zavodlar alovlara qərq oldu – VİDEO

Ukraynadan Rostova PUA HÜCUMU – Zavodlar alovlara qərq oldu – VİDEO

Daşınmaz əmlak alanlara geri qaytarılan ƏDV-nin HƏCMİ

Daşınmaz əmlak alanlara geri qaytarılan ƏDV-nin HƏCMİ

Bu gün qısa iş GÜNÜDÜR

Bu gün qısa iş GÜNÜDÜR

Apteklərdə “Pascorbin” TAPILMAYACAQ – Alternativ dərman VARMI?

Apteklərdə “Pascorbin” TAPILMAYACAQ – Alternativ dərman VARMI?

Avropa Liqasında finalçılar MƏLUM OLDU

Avropa Liqasında finalçılar MƏLUM OLDU

Bu şəxslərə 700 manat birdəfəlik müavinət ÖDƏNİLDİ

Bu şəxslərə 700 manat birdəfəlik müavinət ÖDƏNİLDİ

DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq

DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq

Gəncədə qanunsuz inşa olunan tikililər söküldü – FOTO/VİDEO

Gəncədə qanunsuz inşa olunan tikililər söküldü – FOTO/VİDEO

Ötən il həbs olunan insan alverçilərinin sayı AÇIQLANDI

Ötən il həbs olunan insan alverçilərinin sayı AÇIQLANDI

Azərbaycan nefti UCUZLAŞDI

Azərbaycan nefti UCUZLAŞDI

Monteneqroya gedən vətəndaşımızı məcburi İŞLƏDİBLƏR

Monteneqroya gedən vətəndaşımızı məcburi İŞLƏDİBLƏR

Tikintidə işçiləri müqaviləsiz çalışdıranlar CƏRİMƏLƏNDİ

Tikintidə işçiləri müqaviləsiz çalışdıranlar CƏRİMƏLƏNDİ

Ötən il neçə azərbaycanlı insan alverinin qurbanı olub?

Ötən il neçə azərbaycanlı insan alverinin qurbanı olub?

32 valideyn övladına görə CƏZALANDIRILDI

32 valideyn övladına görə CƏZALANDIRILDI

İnsan alverinə görə axtarışa verilənlərin gizləndiyi ölkələrin SİYAHISI

İnsan alverinə görə axtarışa verilənlərin gizləndiyi ölkələrin SİYAHISI

Nazirlər və deputatların futbol matçından yadda qalanlar – FOTO

Nazirlər və deputatların futbol matçından yadda qalanlar – FOTO

Dərnəgül dəmir yolu dayanacağında gediş haqqının məbləği AÇIQLANDI

Dərnəgül dəmir yolu dayanacağında gediş haqqının məbləği AÇIQLANDI

End of content

No more pages to load

RADİO