“Əli Həsənov və Ramiz Mehdiyev YAP-ın yaradılmasında iştirak etməyiblər. 1992-ci ildə Əli Həsənov Tamerlan Qarayevin Doğru Yol Partiyasında iştirak edirdi, Ramiz Mehdiyev isə Ramiz Əhmədovun yaratdığı yeni Kommunist Partiyasının təşkilatçılarından biri idi”.
Bizim.Media xəbər verir ki, bu fikirləri tanınmış jurnalist, “haqqın.az” saytının baş redaktoru Eynulla Fətullayev feysbuk hesabında paylaşıb.
“Bütün proseslər gözlərimizin önündə Politologiya İnstitutunda cərəyan ediridi. Yəni, hadisələrin canlı şahidiyəm.
Əli Həsənov və Ramiz Mehdiyev YAP-a sonradan, Heydər Əliyev hakimiyyətə gəldikdən sonra, təxminən 1994-cü ildə qoşuldular. Hakimiyyətdən getdilər, YAP-a da vida...”- deyə o qeyd edib.
Bizim.Media
